İnsanlara hürriyət, millətlərə istiqlal!

Oskanyan da dilə gəldi: "İrəvan alternativ yol təklifini niyə qəbul etmir?"

1553 15.08.2023 23:29 Son xəbər A A

"Bakı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Dağlıq Qarabağın Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınması müqabilində Laçın dəhlizinin açılması ideyasını irəli sürməyə çalışacaq".

Musavat.com erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial media hesabındakı canlı yayım zamanı deyib. O hesab edir ki, Ermənistan nümayəndə heyəti diqqətlə hazırlaşmalıdır, əks halda geri addım atmaq mümkün olmayacaq. SİTAT: “ABŞ və digər vasitəçilər bununla razılaşacaq və danışıqları təşviq edəcək. Belə bir qətnamə ilə razılaşmaq üçün Ermənistana təzyiq edəcəklər. Bu, Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə son qoyacaq çünki BMT Şurasının qərarı bütün digər qətnamə və sənədlərə şamil edilir. Ən əsası isə İrəvan yekun cavab verməlidir- niyə Ağdam-Xankəndi yolu Laçın dəhlizinə alternativ ola bilməz?"


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR