İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Avropa İttifaqını Sorosun əsiri adlandırıb

1030 22.03.2024 17:00 Dünya A A

 

Avropalıların əksəriyyəti Ukraynadakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır, lakin amerikalı milyarder Corc Sorosun təşkilatları Avropa institutlarına sıx inteqrasiya olunub, ona görə də Brüssel sülhyönümlü siyasət yürütməyə başlaya bilməz.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Macarıstanın baş naziri Viktor Orban tərəfindən Kossuth radiosuna verdiyi müsahibədə səslənib.

“Avropada sülhə dönüş uğursuzluqla nəticələnir, çünki Brüssel əslində, Corc Soros şəbəkəsinin məhbusudur”,-deyə Orban qeyd edib.

Onun sözlərinə görə, Soros imperiyasının adamları nəinki ictimai rəyə təsir edə bilir, həm də “o qədər güclü danışıqlar mövqeyinə malikdirlər ki, özlərinin saxlanması üçün lazım olan pulun bir hissəsini Brüssel xəzinəsindən götürə bilərlər. Bu adamlar Avropa Komissiyasında və Avropa Parlamentində yer alıblar və hətta bir neçə baş nazir Soros tərəfindən təyin edilib", - deyə Orban bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR