İnsanlara hürriyət, millətlərə istiqlal!

Opera ifaçısının yeni albomu işıq üzü gördü

180 22.12.2019 14:26 Şou-biznes A A

Azərbaycanda fəaliyyət göstərən türkiyəli opera ifaçısı Oya Ergünün yeni albomu işıq üzü görüb.

Musavat.com xəbər verir ki, sənətçinin Azərbaycanda təqdim etdiyi dördüncü solo albomu “Oyalı türkülər” adlanır. Alboma 12 türk xalq mahnısı daxildir.

Opera ifaçısı bildirib ki, hər albomunda olduğu kimi, bu dəfə də onun üçün özəl olan mahnıları ifa edib:

“Bilirsiniz ki, Türkiyə 7 bölgədən ibarətdir, bizim bu albomda da 7 bölgəyə aid ifalar var. Bu musiqilərin bəzilərinin mənim həyatımda xüsusi yeri var. Çünki albomumda bəzi mahnıları ürəyimin sahiblərinə armağan etmişəm.

 Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, ifa etdiyim türkülərdə bir çox yeniliklərdən istifadə etmişəm. Burada insan səsindən instrument kimi istifadə olunub. Təbiətin səsi, məsələn quşların, küləyin, dənizin səsini insan səsi ilə yaratmağa çalışmışam. Qeyd edim ki, diskimin ərsəyə gəlməsində mən çox yaxın musiqiçi dostlarım və sevdiyim insanlar dəstək oldu. Hər birinə ayrılıqda təşəkkürümü bildirirəm".

Qeyd edək ki, albomda Azərbaycanda da tanınan “Çenberimde gül Oya”, “Gemiler Giresune”, “Koyverdin gittin beni” “Mavilim mavişelim” “ Karadır kaşların” və s. kimi əsərlər yer alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR