İnsanlara hürriyət, millətlərə istiqlal!

Öncə həbs olundu, sonra həyat yoldaşından ayrıldı - Rəqsanə göz yaşı tökdü VİDEO

4107 17.12.2025 13:20 Şou-biznes A A

Müğənni Rəqsanə İsmayılova Azərbaycan şou-biznesinin ən çox müzakirə olunan simalarından biri olmağa davam edir.

Musavat.com xəbər verir ki, müğənninin şəxsi və hüquqi problemləri 2025-ci ildə də ölkə gündəmini zəbt edib.

Əvvəllər böyük səs-səda doğuran həbs işi ilə gündəmə gələn ifaçı barədə məhkəmə prosesi, ittihamlar və son məhkəmə qərarları uzun müddət medianın diqqət mərkəzində olub.

roksifo.jpg (35 KB)

2025-ci ilin avqust ayında Sabunçu rayonunda dələduzluq və külli miqdarda zərərçəkmiş maddəsi ilə ittiham olunan Rəqsanə İsmayılova barəsində məhkəmə həbs qətimkan tədbiri seçilib. Ona qarşı iddia edilən ittihamlar arasında 520 000 ABŞ dolları və 35 000 manatlıq qızıl-zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirilməsi yer alıb.

Noyabr ayında isə Sabunçu Rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə qərar qəbul edib. Bu qərar zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkənlərlə qarşılıqlı razılıq əsasında verilib, bu zaman istintaq tədbirləri davam etdirilib.

aysun_reqsane.jpg (198 KB)

Ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılovanın borcunun bir qismini qızı, müğənni Aysun İsmayılova ödəyib.

Prodüser Tarix Əliyev (Tolik) “Tarixin bir günü” proqramında bu barədə açıqlayıb. O bildirib ki, Aysun anasının borcundan 100 min manat ödəyib:

“Aysun çox gözəl bir övladdır. O, gecə-gündüz bir gözü ağlayıb, digər gözü gülərək işlədi və həmin məbləğdən cüzi də olsa, topladı. 100 min manat az pul deyil. Rəqsanənin əziyyəti boşa getmədi”.

roksier.jpg (97 KB)

Ev dustaqlığına buraxılandan sonra Rəqsanənin yanında əri Fazil Əmiraslanovun olmaması cütlüyün ayrılması barədə xəbərlərin yayılmasına səbəb olub. Rəqsanə ötən həftə qonaq olduğu proqramda həyat yoldaşının yanında olduğunu bildirərək xəbərləri yalanlayıb:

“Biz ayrılmamışıq. Fazil müəllim yanımda olub, bu gün də yanımdadır. Böyük dəstəyi var. Bu qədər yükün altından tək çıxa bilmərəm, təbii ki, onun köməyi olacaq. Biz birlikdəyik, ayrılıq yoxdur, hazırda da bizi izləyir”.

Şou-biznes ictimaiyyətində yeni şok dalğası isə müğənninin şəxsi həyatındakı dəyişikliklə bağlıdır. Rəqsanə İsmayılova ötən gün səhnə aldığı məkanda həyat yoldaşı Fazil Əmiraslanovdan ayrıldığını açıqlayıb. O, “Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib”, - deyə bildirib.

Konsert zamanı tez-tez göz yaşı tökən sənətçi qızı Aysuna yük olduğunu bildirib. O, daha sonra tamaşaçı sevgisi qarşısında  göz yaşlarını saxlaya bilmədiyini qeyd edib.

Qeyd edək ki, cütlüyün iki övladı var. Rəqsanənin isə digər evliliyindən Aysun və Yağmur adlı iki qızı da var.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR