İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏKİMLƏRİN İMTAHAN SUALLARI PULLA SATILIR

19779 26.04.2011 05:08 Ölkə A A
Beləliklə, 1300 sual və onun cavabı imtahana hazırlaşan həkimə 140 manata başa gəlir. Ekspertlər də bu fikirdədir ki, imtahandan keçmək üçün həkimlərdən pul istənilməsi barədə iddialar əsassız deyil. Mütəxəssislərin fikrincə, ölkədə rəqabət mühiti olmadığından, insanların bilik və bacarığı düzgün qiymətləndirilmədiyindən belə məqamlarda aparılan attestasiyalardan insanların şübhələnməyə əsası var.
Qeyd edək ki, bu ilin yanvarından etibarən Nazirlər Kabinetinin qərarına əsasən, Səhiyyə Nazirliyi tərəfindən bütün həkimlər və tibb bacıları attestasiyaya cəlb edilib. İmtahanlardan keçən həkimlərə 5 il müddətinə praktiki tibbi fəaliyyətlə məşğul olmaq imkanı verilir. Keçə bilməyənlər isə 6 aylıq kurslara göndərilir və bu müddət başa çatdıqdan sonra onlar 2-ci dəfə də imtahan verirlər. Keçə bilməyən həkimlərə isə praktiki tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilir. Onlar sonradan istədikləri vaxt sertifikasiya prosesinə qoşula bilərlər, burada məhdudiyyət yoxdur.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, tibb işçilərinin fəaliyyəti yalnız məhkəmənin qərarı ilə dayandırıla bilər. Həkimlər isə bu fikirdədir ki, Səhiyyə Nazirliyinin keçirdiyi imtahanlar stajlı həkimlərin işinə kölgə salır. Tibb işçilərinin fikrincə, attestasiyaya ilə nə həkimlərin bilik səviyyəsinin yüksəldilməsinə, nə də tibb sahəsində mövcud olan qüsurların aradan qaldırılmasına nail olmaq mümkündür. Həmçinin həkimlər prosesin özünün qüsurlu olduğu qənaətindədirlər. Onlar attestasiyanın qanun pozuntuları ilə həyata keçirildiyini vurğulayırlar. Onu da xatırladaq ki, ölkə qanunvericiliyinə görə, tibb sahəsində təhsil almış və internaturanı keçmiş bütün şəxslərin ölkə ərazisində həkim işləmək hüququ var və bunu heç kim məhdudlaşdıra bilməz.
Qeyd edək ki, iddialarla bağlı Səhiyyə Nazirliyindən münasibət bildirilmədi. Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR