İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “Qazandıran Sosial Şəbəkə” iddiası ilə yeni şəbəkə açılıb - iddia

2506 24.02.2015 22:04 Ölkə A A


Musavat.com ölkəmizdə yeni yaranan sosial şəbəkədən prezz-reliz alıb. Oxuculara maraqlı ola biləcəyini nəzərə alıb, həmin press-relizi təqdim edirik. Lakin onu da vurğulayaq ki, mətn özünüreklam xarakterlidir və oradakı pafos, iddialar müsavat.com-a məxsus deyil:  
“Azərbaycanın ilk dəfə istifadəçilərin qazanmasını hədəfləyən və eyni vaxtda milli sosial şəbəkəsi olan MyDay.az istifadəyə verildi.

Sosial şəbəkənin yaradılmasında məqsəd şəbəkəmizə qoşulan şirkətlər vasitəsilə istifadəçilərimizin hədiyyələr qazanmasını təmin etmək, o cümlədən gənclərin bir-biriylə əyləncəli dialoqunu qurmaq, vaxtlarını daha sərfəli və maraqlı keçirməsini təşkil etməkdir. 
Qeyd edək ki, qonşu ölkələrin özünəməxsus sosial şəbəkələri olduğu halda Azərbaycanda hələlik belə bir sistemli sosial şəbəkə yox idi. Bunu nəzərə alaraq bizim yaratmış olduğumuz MyDay layihəsi həm də Azərbaycanın ilk milli sosial şəbəkəsi hesab edilə bilər.

Mənim günüm (myday) adlı sosial şəbəkədə istənilən şəxs pulsuz qeydiyyatdan keçərək öz səhifəsini yarada, şəkillərini, musiqi və videolarını paylaşa bilər. Şəbəkədəki insanların bir-birlərinə rəy bildirmək, yaxud paylaşılan fikirləri bəyənmək (like) imkanları var.  Sosial şəbəkədə müxtəlif mövzulu müsabiqə və kampaniyalara da start verilib. Myday-in istifadəçilər üçün təşkil etdiyi kompaniyaya Özkaya Group, Vision TV, Hotel Admiral, Baku Kitchen Academy, Vizitka az. kimi bir sıra şirkətlər və Park Bulvarda yerləşən Sport Cafe, Park Cinema və Verenda Restoranı qoşulub. Şəbəkədən istifadə etməklə bərabər siz burada keçirilən kompaniyalardan yararlanaraq bolluca hədiyyələr qazana bilərsiniz.

Myday-in ilk dəstəkçisi Epiderm Lazer Epilyasiya Mərkəzidir. Bir sıra şirkətlər də artıq bu sosial məsuliyyətlilik layihəsinə qoşulmaq üçün özləri könüllü müraciət etmişlər. Məqsədimiz, vətəndaşların əylənməsini, eyni zamanda da sosial şəbəkəyə sərf etdikləri zamanı itirmədən əylənməklə bərabər kompaniyalarımızdan yararlanaraq qazanmalarını təmin etməkdir!”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR