İnsanlara hürriyət, millətlərə istiqlal!

HACI CƏBRAYIL ƏLİZADƏ DÜNYASINI DƏYİŞDİ

4091 29.03.2013 22:24 Ölkə A A
Hacı Cəbrayıl Əlizadə milli azadlıq hərəkatının və AXC-nin tanınmış simalarından olub. Elçibəy iqtidarı zamanı Sabunçu rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. Elçibəy iqtidarının devrilməsi ilə   rəsmi vəzifəsindən istefa verərək, müxalifət sıralarında siyasi fəaliyyətini davam etdirib.  Bakı Kəndlər Birliyinin sədri kimi paytaxt kəndlərinin və onların əhalisinin problemlərinin həlli üçün yorulmadan çalışıb.
Hacı Cəbrayıl Əlizadə həm də inanclı kəsimin görkəmli simalarından olub.
Musavat.com xəbər verir ki, mərhumun dəfn mərasimi sabah (martın 30-u) saat 14:30-da Naradaranda keçiriləcək.
Allah rəhmət eləsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR