İnsanlara hürriyət, millətlərə istiqlal!

“20 YANVAR” ABİDƏ KOMPLEKSİ AÇILDI

2928 22.01.2010 01:59 Ölkə A A
Qeyd edək ki, kompleksin tikintisinə 2009-cu ilin oktyabrından başlanılmışdı. Kompleksin ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Abidənin ətrafındakı meydana mərmər qranit döşənib. Kompleksin qarşısında 17 metr uzunluğunda 3 pilləli pilləkan və müasir işıqlandırma sistemi quraşdırılıb. Müəllifi heykəltəraş Cavanşir Dadaşov olan kompleksin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb.
Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanan insanların ad və soyadları, habelə Heydər Əliyevin qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur”,- sözləri qızılı hərflərlə həkk olunub.
Yanvarın 20-də baş tutan açılış mərasimində prezident İlham Əliyev də iştirak edib. “20 Yanvar” abidəsinin yerləşdiyi ərazinin yaxınlığında bir vaxtlar 11-ci sovet ordusunun şərəfinə ucaldılmış abidə var idi. Bakıda kütləvi qırğından sonra bu abidə kompleksi götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR