İnsanlara hürriyət, millətlərə istiqlal!

Okeanın o tayından yeni və absurd mövqe: Azərbaycan və Ermənistan üzərindən Türkiyəyə ticarət yolunu alqışlayardıq…

1604 27.11.2023 23:01 Son xəbər A A

“Amerika Birləşmiş Ştatları Mərkəzi Asiyadan Türkiyəyə Transqafqaz vasitəsilə ticarət yolu yaratmaq cəhdlərini dəstəkləməyə, eyni zamanda Azərbaycanın Ermənistana qarşı güc tətbiq edəcəyi təqdirdə bu tipli layihələrin qarşısını almağa hazırdır”.

Musavat.com xəbər verir ki, bu təhdidlə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen jurnalistlər üçün Entoni Blinkenin bu həftə Avropaya səfərinə həsr olunmuş xüsusi telefon brifinqində çıxış edib: "Biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq baxımından əsl fürsət görürük. Bunun hesabına biz bütün regionun faydalanması imkanını görürük. Məsələn, əgər ticarət Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə gedə bilsəydi, onda bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olardı. Və biz (ABŞ – red.) bunun bir hissəsi olmaq fürsətini alqışlayardıq".

ABŞ rəsmisi həmçinin qeyd edib ki, “bunun dinc yolla əldə edilməməsi barədə qərar qəbul edilərsə”, o zaman Amerika hakimiyyəti “bu cür ticarət yolunun yaradılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməli olacaq”.

Onun sözlərinə görə, Vaşinqton Bakı və İrəvandan qərarlar gözləyir: "Biz tərəflərə nə gözlədiyimizi çox açıq şəkildə bildirdik. Eyni zamanda əks hərəkətin nəticələrinin nə olacağını anlatdıq. Beləliklə, tərəflərin nə qərar verəcəyini görəcəyik. Biz bilirik ki, onlar mümkün qədər tez sülh sazişi bağlamaqda maraqlı olduqlarını bildiriblər. Biz bunu görmək istərdik”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR