İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oğlumla yeni danışmışam, bilmirəm, işdən çıxarılıb?" - Ramiz Mehdiyev

1615 10.01.2023 12:48 Gündəm A A

Ötən həftə AMEA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general Teymur Mehdiyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılmışdı.

Musavat.com-un xəbərinə görə, Manset.az məsələni diqqətdə saxlayaraq Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bu barədə bir-birini təkzib edən informasiya verib:

"Mən eşitməmişəm. Oğlumla yeni danışmışam. Vəzifəsindədir, işini davam etdirir. Hər halda mənə işdən çıxarılması ilə bağlı deməyib. Bilmirəm, sözün düzü, bu mənim üçün yeni informasiyadır, işdən çıxarılıb?"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR