İnsanlara hürriyət, millətlərə istiqlal!

“O səs Türkiyə”də parlayan azərbaycanlı ifaçıların sonrakı taleyi

4867 29.01.2018 15:56 Gündəm A A

Kimisi “radarlar”dan itib, kimisi toylarda oxuyur, kimisi isə...

Artıq bir neçə ildir ki, Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasına azərbaycanlı ifaçılar da iştirak edir. Onların arasında elələri var ki, öz ölkəmizdə populyarlıq qazana bilməsə də, bu yarışmadakı iştiraklarından sonra bir gecədə məşhur olublar.

Belə müğənnilərə ən parlaq nümunə kimi Elnur Hüseynovu göstərə bilərik. Qeyd edək ki, Elnur ilk dəfə olaraq 2008-ci ildə “Avroviziya” mahnı müsabiqəsində Samir Cavadzadə ilə birlikdə ölkəmizi təmsil edib. Onun ifa etdiyi “Day After Day” mahnısı ölkəmizə bu müsabiqədə 8-ci yeri qazandırıb. Lakin bir müddət sonra gəzən söh-söhbətin ucbatından Elnur Ukraynaya gedərək, fəaliyyətini orda davam etdirib. Bir daha Azərbaycana geri qayıtmayacağını bəyan edən gənc ifaçı, buna baxmayaraq, bir neçə aydan sonra vətəninə geri dönüb.

Похожее изображение

2014-cü ildə Türkiyənin “TV 8” kanalından yayımlanan “O səs Türkiyə” yarışmasına qatılması isə ona daha bir məşhurluq qazandırdı. Belə ki, yarışmanın “Görmədən dinləmələr” turunda Elnurun çıxışını ilk bəyənən Hadisə oldu. Hadisə 15-ci saniyədə düyməni sıxaraq kreslosunu səhnəyə tərəf çevirib. Bundan sonra digər münsiflər də düyməni sıxıblar. Münsiflər Elnurun performansını ayaqüstə alqışlayıblar. Münsiflərin və tamaşaçıların təkidi ilə Elnur daha sonra “Sweet dreams”, “Aşk” və “Əllərimdə çiçəklər” mahnılarını ifa edib. “Əllərimdə çiçəklər“ mahnısını ifa edərkən jüri Gökhan da Elnura qoşulub və mahnını duet şəklində ifa ediblər. Daha sonra Elnur Ebru Gündeşin komandasına qoşulmağı qərara alıb. Onun bütülükdə bu çıxışı internet resuslarında milyonlarla insanlar tərəfindən izlənilib. Elnur bir gecənin içərisində böyük məşhurluq qazandı, Türkiyənin xəbər manşetlərinə çıxdı. İfaçı ən məşhur proqramların, o cümlədən “3 adam” verilişinin qonağı oldu. Lakin burada da söz-söhbət onu təqib etdi. Bəzi Türkiyə mətbuat orqanlarında Elnurun müsabiqədəki iştirakının iş adamı Rza Zərrab tərəfindən təşkil olunduğu və bununla da həyat yoldaşı Ebru Gündəşə hədiyyə etmək istədiyi ilə bağlı iddialar yayılmışdı.



Beləliklə, bütün turları uğurla geridə qoyan Elnur sonuncu turda yenidən “Aşk” mahnısını ifa edib, “O səs Türkiyə” yarışmasının qalibi olmuşdu.

Bundan sonra Elnur yenidən “Avroviziya” yarışmasında “Hour of the Wolf” mahnısı ilə yenidən Azərbaycanı təmsil etdi. Onun iştirakı ilə 26 ölkənin yarışdığı finalda Azərbaycan 49 xal toplayaraq 12-ci yeri tutdu.

Bu yarışmadan sonra gənc ifaçı yenə “radarlardan” itdi, özünə qapandı. Məutbuatda onun Bakıdan birdəfəlik köçdüyü, Türkiyədə yeni ev aldığı barədə məlumatlar yayıldı.

Onunla yaxından dostluq edən türk şairə Ayşə Birgül Yılmaz bu haqda dedikləri: “Bir müddət öncə Elnurla mesajlaşdıq. O, mənə zəng edəcəyini söylədi. Biz onunla şəhərin eyni istiqamətində yaşayırıq. O, əvvəlcə mənə dedi ki, “Avropa Music” şirkəti ilə çalışacaq, yeni albom hazırlayacaq. Sonra bildirdi ki, bütün mahnıları özü hazırlayacaq. Elnurdan baş açmaq olmur. O, evə qapanıb, öz üzərində işləmək istəmir. Elnur hazırda yeni evində yaşayır. Bizimlə də əlaqə saxlamır”.

Beləlikə bir müddət səhnədə görünməyən Elnur ötən ilə sözləri Diana Hacıyevaya, musiqisi isfar Sarabskiyə məxsus olan “Vibartion” adlı yeni mahnısına klip çəkdirərək təqdim etdi.

“O səs Türkiyə” yarışmasından sonra məşhurlaşan digər azərbaycanlı ifaçı gənc vokalist Gülşən İbadovadır. Qeyd edək ki, Gülşən Bakı Musiqi Akademiyasının tələbəsi olub. Lakin maddi imkansızlıqdan təhsil haqqını ödəyə bilmədiyi üçün diplomunu bu günə qədər də əldə edə bilməyib.

Картинки по запросу Gülşən İbadova o ses türkiye

Bir müddət Opera və Balet Teatrında çalışan gənc ifaçı 2016-cı ildə “O səs Türkiyə” yarışmasına qatılır. O, ilk olaraq “La Voix” mahnısını ifa edir və bütün münsiflər heyətini geriyə döndərə bilir. Münsifləri heyran qoyan gülşən zalın təkidi ilə məşhur “Sarı gəlin” mahnısını də ifa edir və Göhkan, Hakan qardaşlarının komandasını seçir. Lakin bir müddət sonra digər azərbaycnalı ifaçılar kimi o da növbəti mərhələyə keçə bilmir. Bakıya geri dönən ifaçı qərəzli surətdə yarışmadan uzaqlaşdırılıdığını iddia edərək “Acun media”nı Avropa məhkəməsinə şikayət edəcəyini bildirmişdi.
Hazırda Gülşən İbadova Türkiyədə yaşayır.

“O səs Türkiyə” yarışmasında populyarlıq qazanan digər azərbaycanlı ifaçı Çinarə Məlikzadədir. Qeyd edək ki, Çinarə Məlikzadə Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Hələ kiçik yaşlarından musiqiyə böyük həvəs gösətərn ifaçı ilk dəfə “Yeni ulduz” layihəsində uğurla çıxışlar edib. Daha sonra 2014-cü ildə “O səs Türkiyə” yarışmasına qatılır. İlk seçim turunda münsiflərdən yalnız Hadisə geri dönür və onun komandasında mübarizəsinə davam edir. Bir neçə turda uğurla yarışan gənc ifaçı sonradan yarışmadan ayrılır və sosial şəbəkələrdə ifalarına davam edir. “Gedək üzü küləyə” mahnısı isə onun bu sənətdə parlamasına təkan verir.

Картинки по запросу Çinarə Məlikzadə o ses türkiye

İfaçının bu haqda dedikləri: “O səs Türkiyə” yarışmasında hamı Elnur Hüseynov kimi parlaya bilməz. Mənim bəxtim orada yox, sosial şəbəkələrdə gətirdi. Düzdür, yarışmadan sonra Türkiyədən təklif gəlmişdi və orada işləyirdim. Bakıya isə qohumların toyu olduğu üçün gəlmişdim. "Gedək üzü küləyə" mahnısını da o ərəfədə çəkib paylaşdım. Məşhurlaşdım və təkliflər gəlməyə başladı. O zaman qərara gəldim ki, Azərbaycanda qalım və karyeramı burada davam etdirim”. Gözlənilmədən sosial şəbəkələr vasitəsi ilə məşhurlaşan gənc ifaçı hazırda bir sıra dövlət konsertlərində çıxışlar edir. Bir müddət bundan əvvəl isə məşhur türk müğənniləri Mustafa Ceceli, Rafet el Romanla birgə ifaları da oldu.

Картинки по запросу Mehman Tağıyev o ses türkiye

Gənc ifaçı Mehman Tağıyev də daha çox “O səs Türkiyə” yarışmasından məşhurlaşdıb. Xatırladaq ki, M.Tağıyev 2015-ci ildə “Azərbaycanın səsi 2” yarışmasında iştirak edib və uğurla bütün turlardan ekçərək müsabiqənin qalibi olub. Daha sonra “Türkvizion” yarışmasına qatılan ifaçı bu müsabiqədə 7-ci yerdə qərarlaşır. Bu cür uğurlarına baxmayaraq gənc ifaçıya populyarlıq gətirən “O səs Türkiyə” müsabiqəsi olur. İlk seçim turunda muğamla giriş edərək “Sarı gəlin” mahnısını oxumaq ona böyük uğur gətirir. Bununla da bütün münsiflər heyəti özünə döndərməyi bacaran Mehman müğənni Sibel Canın komandasını seçir. Bir neçə turu uğurla geridə qoyan gənc ifaçı sonda yarışmadan ayrılmalı olur. Hazırda Mehman Tağıyev toylarda ifa edir. Bu günlərdə isə Roza Zərgərli ilə birlikdə “Leyli Məcnun” duetini təqdim edib.

Ulduzu “O səs Türkiyə”də parlayan digər ifaçımız Pərvin Səfərovdur.

Картинки по запросу pervin seferov o ses turkiye

Xatırladaq ki, P.Səfərov Neftçalanın Qaçaqkənd sakinidir və o, çobanlıq edərkən ifa etdiyi mahnıları sosial şəbəkələrdə paylaşdıqdan sonra populyarlıq qazanmağa başlayıb.




İfaları ilə diqqəti çəkən gənc bir müddət bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaşadığı kəndin mədəniyyət evində işə götürülüb. Hətta Pərvinin musiqi kollecinə imtahansız daxil olması üçün vədlər verildi. Lakin ifaçı son anda arzuladığı kollecə daxil ola bilmədi. Buna baxmayaraq Pərvin həvəsdən düşməyərək sosial şəbəkələrdə ifalarını paylaşmağa davam edir. Nəhayət onun məharətlə ifa etdiyi “Nazəndə sevgilim” mahnısı Türkiyə mətbuatına da çıxır. Onun bu ifası ən məşhur Türkiyə televiziya kanallarında yayımlanır. Beləliklə, “O səs Türkiyə” yarışmasının aparıcısı Acun Ilıcalı onu verilişinə dəvət edir. Pərvin ötən ilin oktyabr ayında yarışın ilk seçim turunda uğurla çıxış edir və münsifləri özünə döndərə bilir. İfaçı Murad Bozun komandasını seçir və növbəti turlara hazırlaşır. İkinci turdan bir daha uğurla keçən Pərvin təəssüf ki, 3-cü turdan müsabiqədən ayırlmalı olur.

Bununla da öz ölkəsinə, paytaxt Bakıya geri dönən Pərvin burada da xoşagəlməz olayla qarşılaşır. İfaçının mətbuata verdiyi açıqlamalara görə o, qaldığı oteldən də çıxarılıb və hazırda həmyerlisi olan bir dostunun evində qalır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR