İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-York meri ABŞ prezidentliyi uğrunda mübarizəsini dayandırdı

323 21.09.2019 00:55 Dünya A A

ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio 2020-ci ilin noyabrında keçiriləcək prezident seçklərində Demokrat partiyasından vahid namizəd olmaq iddiasından vaz keçib. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “NBC” kanalına verdiyi müsahibədə bildirib.

“Hiss edirəm ki, ilkin seçkilərdə nə lazımdırsa etdim. Lakin hələ mənim zamanım gəlməyib, buna görə də prezidentlik kampaniyamı bitiriəm”,-deyə Di Blazio söyləyib.

Qeyd edək ki, bu günlərdə Demokrat partiyasından daha bir namizəd ilkin seçkilərdə yarışı tərk edib. ABŞ Senatının Nyu-York ştatından olan üzvü Kirsten Cillibrand bundan sonra kampaniyasını davam etdirməyəcəyini açıqlayıb.

Bilindiyi üzrə Bill de Blazio öz prezidentlik iddiasını bu ilin may ayında ortaya qoymuşdu. Həmin vaxt ABŞ prezidenti Donald Tramp onun namizədliyini ələ salan bəyanatla çıxış etmişdi. Ağ Evin başçısı Demokrat partiyasının “namizəd kimi daha bir “yaraşıqlı” adamı tapıb ortaya çıxardığını” demişdi. ABŞ prezidenti Bill de Blazionu Nyu-York tarixinin ən bərbad meri də adlandırmışdı.

Əlavə edək ki, ABŞ prezidentliyi uğrunda seçkilər 2020-ci ilin noyabrın 3-də baş tutmalıdır. Hazırda prezidentlik marafonunda 20 namizəd iştirak edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR