İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruz Həsənovun vəfatından bir il ötdü

588 20.09.2019 08:20 Ölkə A A

Sentyabrın 20-də müstəqil Azərbaycanın ilk polis rəislərindən, milli azadlıq hərəkatının iştirakçısı Novruz Həsənovun vəfatının bir ili tam olub. Sentyabrın 20-də Tovuz rayonunda   onun anım mərasimi keçirilib. Ailə üzvləri, yaxınları, ölkəmizin müxtəlif bölgələrindən, həmçinin qardaş Türkiyədən gələn dostları Novruz Həsənovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar, Azərbaycan qarşısında xidmətlərindən söz açıblar.

Image may contain: 2 people, including Novruz Hesenli, outdoor

Qeyd edək ki, Novruz Həsənov Azərbaycanda və türk dünyasında milli azadlıq hərəkatının əfsanə isimlərindən idi. Novruz Həsənov 1948-ci ilin martında Tovuzun Bozalqanlı kəndində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. DİN orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Nüfuzlu polis zabiti olub. Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatı başlayanda, ona ilk dəstək verənlərdəndir. Hərəkatın lideri Əbülfəz Elçibəyin yaxın dostu olaraq AXC-nin regional təşkilatlarının qurulmasında xidmətlər göstərib. Erməni işğalına qarşı xalq müqavimətinin təşkilatçılarındandır. 1992-93-cü illərdə Tovuzda polis rəisi vəzifəsində çalışıb. Ölkə rəhbərliyinin tapşırığı ilə Tovuzun Kirən kəndində qurduğu “Ruzigar” düşərgəsi, türk dünyasının əfsanəsi adını qazanıb. Türkiyədən gələn döyüşçülərdən təşkil olunan “Ruzigar”kampı bölgədə gedən hərbi əməliyyatlarda böyük rol oynayıb. Xocalı soyqırımının ilk ildönümündə Ermənistan ərazisinə girib, türk döyüşçülərlə düşməndən layiqli qisas almaq üçün geniş əməliyyatı hazırlayan məhz Novruz Həsənov olub. 1994-cü ildən başlayan, on üç illik məcburi mühacirətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin birbaşa müdaxiləsi ilə vətənə qayıdan Novruz Həsənov, xidmətlərinə görə ülküçü camiədə və ölkədə “Novruz Əmi” kimi qəbul olunub.

Novruz Həsənov ömrünün son bir ilində xərçəng xəstəliyindən əziyyət çəkirdi. Tiflis xəstəxanasında əməliyyatdan sonra halı qəfil pisləşib və komaya girib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin...

E.SEYİDAĞA,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR