İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyaməddin Musayevin qızı Qumralın ifasını “YouTube”dan sildirdi

9639 21.01.2026 18:10 Şou-biznes A A

Niyaməddin Musayevin qızı Röya müğənni Qumralın ifasını "YouTube"dan sildirib.

Bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.

Qumral “Dünya sənin, dünya mənim” mahnısının silinməsinə dair deyib:

“Mənə dedilər ki, Röya xanım sildirib. Onunla yaxın olmuşuq, çörək kəsmişik. Yazdım, məni bloka atdı. Maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm”.

Röya xanım isə mahnının səhv oxuduğunu bildirib:

“O, mənə heç nə yazmayıb. Sizdən xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Bu barədə onunla 2 saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Çünki atamın mahnıları ilə bağlı müəllif hüquqları məndədir. Mahnıda “cütlənmiş” əvəzinə “cütləşmiş” dediyi üçün bunu etmişəm. Həm də o xanım ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur, işimizə peşəkar yanaşmışıq. İcazə alınmalıdır”./olay

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR