İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyan İkinci Qarabağ müharibəsi ilə bağlı istintaqda dindirilib

1064 18.11.2022 14:46 Region A A

Ermənistan baş naziri Nikol Paşinyan şahid qismində İstintaq Komitəsində dindirilib.

Musavat.com xəbər verir ki, istintaq orqanı “Azadlıq” radiosunun sorğusuna cavab olaraq 2022-ci il mayın 4-dən Ermənistanın bir qrup yüksək rütbəli məmurunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işinə başladığını bildirib.

Proses İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Mühüm işlərin araşdırılması şöbəsi tərəfindən aparılır. İdarənin rəhbəri Rafael Vardanyan proses çərçivəsində baş nazir Paşinyanın şahid qismində dindirildiyini söyləyib.

Qeyd olunur ki, həlak olan hərbçilərin yaxınları aprel ayından aylardır hökumət binası və Baş Prokurorluq qarşısında aksiyalar keçirərək Paşinyanın dindirilməsini tələb ediblər. Onlar baş nazirin təqsirləndirilən şəxs qismində cəlb olunmasını da istəyirlər. Həmin günlərdə ovaxtkı baş prokuror Artur Davtyan həlak olanların yaxınları ilə prokurorluğun yanında görüşüb, bundan sonra onların işə zərərçəkmiş kimi cəlb edilməsi barədə qərar qəbul edib və bununla bağlı İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyana baş nazir Nikol Paşinyanı dindirmək tapşırığını verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR