Niderlandda son 30 ildə ilk dəfə olaraq hərbi əsirlərin yerləşdirilməsi üçün nəzərdə tutulan düşərgənin yaradılması üzrə təlim keçirilib.
Musavat.com xəbər verir ki, yerli medianın məlumatına görə, düşərgə müharibə şəraitində 2 minədək əsiri qəbul edə biləcək. Bildirilib ki, obyektin mühafizəsi ənənəvi üsullarla deyil, süni intellekt sistemləri, hərəkəti izləyən kameralar və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçiriləcək.
Layihəyə əsasən, əsirlər 20 nəfərlik baraklarda yerləşdiriləcək, onların istifadəsi üçün duş otaqları, tibb məntəqəsi və yeməkxana fəaliyyət göstərəcək.
Niderland rəsmiləri saxlanma şəraitinin ölkə hərbçiləri üçün yaradılan şəraitdən geri qalmamasını hədəflədiklərini bildiriblər.
Musavat.com






