İnsanlara hürriyət, millətlərə istiqlal!

NİDA-nın adının maraqlı tarixçəsi

3075 03.04.2013 09:39 Siyasət A A
Fəal gənclərin təmsil olunduğu təşkilatlardan biri də NİDA vətəndaş hərəkatıdır. Bu hərəkat və onun üzvləri son vaxtlar keçirilən aksiyalarda fəallıq nümayiş etdiriblər. Hazırda NİDA Azərbaycanda ən populyar gənclər təşkilatlına çevrilib. Onun xeyli üzvü həbs edilib, bir neçəsinin üzərində məhkəmə hökmü var.
NİDA-nın yaranma tarixi, təşkilatın təsis ideyası və adının mənası haqda bilgi toplamaq üçün idarə heyətinin üzvü Aygün Pəncəliyeva ilə danışdıq. O, bizə təşkilat haqda qısa da olsa məlum verdi:
“NİDA vətəndaş hərəkatı 2011-ci ilin fevral ayında 15 gənc tərəfindən yaradılıb. Artıq təşkilatın üzvlərinin sayı 300-ə yaxındır”.
A.Pəncəliyeva bildirdi ki, NİDA - ölkə vətəndaşlarının Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında birliyidir. Müsahibimizin sözlərinə görə, hərəkat 7 nəfərdən ibarət idarə heyəti tərəfindən idarə olunur. İdarə heyətinin üzvləri aşağıdakılardır:
Rəşad Həsənov
Rəşadət Axundov,
Üzeyir Məmmədli,
Aygün Pəncəliyeva,
Turqut Qəmbər,
Kənan Qasımlı,
Ziya Bayramov
A.Pəncəliyeva bildirdi ki, hazırda idarə heyətinin uç üzvü - Rəşad Həsənov, Üzeyir Məmmədli və Rəşadət Axundov, layihələr üzrə koordinator Zaur Qurbanlı və üç sıravi üzvü Bəxtiyar Quliyev, Şahin Novruzlu, Məmməd Əzizov  həbs olunublar.
NİDA gənclər hərəkatının əsas məqsədi haqda danışan Aygün xanım bunları bildirdi: “Təşkilatın məqsəd və məramı Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan dövlətinin demokratikləşdirilməsidir. Həmçinin məqsədlərdən biri də ictimai-siyasi proseslərə vətəndaşların, xüsusilə gənclərin və tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılmasıdır”.
Təşkilatın adının niyə məhz NİDA seçilməsinə gəlincə isə AŞPəncəliyeva bunu bu cür izah etdi: “Biz gəlirik!(nida işarəsi)”.
Başqa bir mənbədən aldığımız bilgiyə görə isə təşkilatın adının NİDA seçilməsinin kökü 2006-cı ildə İranda başlanan hərəkata gedib çıxır. Mənbə bildirdi ki, “Musəvi hərəkatı” kimi tarixə düşən həmin hərəkatda Neda adlı gənc və fəal bir xanım olub. Təşkilatı da o xanımın şərəfinə NİDA adlandırıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR