İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəvəsinin toyunda Alim Qasımovdan unudulmaz ifa və coşqulu rəqs - VİDEO

1704 17.01.2026 08:30 Şou-biznes A A

Xalq artisti Alim Qasımovun ailəsində növbəti sevincli gün yaşanıb.

Musavat.com bildirir ki, ötən gün sənətkarın nəvəsi Mövlanənin qız toyu baş tutub.

Toy mərasimində Xalq artisti Alim Qasımov səhnəyə çıxaraq ifası ilə mərasimə xüsusi rəng qatıb. Ustad sənətkar həm də ailə üzvləri ilə birlikdə rəqs edərək sevincini bölüşüb.

Bununla bağlı görüntüləri Xalq artistinin qızı, Əməkdar artist Fərqanə Qasımova sosial şəbəkə hesabında paylaşıb. Paylaşılan videolarda Alim Qasımovun nəvəsinin toyunda son dərəcə xoş ovqatlı, gülərüz və duyğulu olduğu aydın görünür. Görüntülər qısa zamanda sosial şəbəkədə geniş maraq doğurub.

Toy mərasimində Fərqanə Qasımova da bir neçə mahnı ifa edib. Mərasimdə Azərbaycan musiqi sənətinin tanınmış simaları – Xalq artisti Nazpəri Dostəliyeva, Mələkxanım Eyyubova, Elnarə Abdullayeva, Gülüstan Əliyeva, Samirə və Mətanət İskəndərli də yer alıblar.

Qeyd edək ki, Mövlanə Fərid adlı bəylə ailə həyatı qurur. Cütlüyün nişanı ötən ilin yanvar ayında baş tutmuşdu.

Mövlanə Əməkdar artist Fərqanə Qasımovanın ailə quran ikinci övladıdır. Onun böyük qızı Fatimə isə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə həyatı qurub.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR