İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nensi nənə” dən sonra fransız “xala” İrəvana gəlir

1000 10.01.2023 19:52 Gündəm A A

 

Aydındır ki, Milli Assambleyaya sədrinin həssas dövrdə İrəvana gəlməsindən Ermənistan rəhbərliyi Azərbaycan əleyhinə istifadə etməyə çalışacaq

Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana səfərə gəlir. Fransa Milli Assambleyasının sədri səfərinin məqsədinin ermənilərə dəstəyini ifadə etmək olduğunu gizlətməyib. Onun rəhbərlik etdiyi nümayəndə heyətinə sosialist partiyası fraksiyasının lideri Valeri Rabo, Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri Jan-Lui Burlanj, Fransa-Ermənistan dostluq qrupu Lorens Petel, Fransa Milli Assambleyasının deputatı Anna Genet müşahidə edəcək.Yada salaq ki,15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib.

Noyabrın 30-da isə Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.Azərbaycan Milli Məclisi Fransa Milli Assambleyasının  qətnaməsini qəti şəkildə rədd edib və siyasi riyakarlıq kimi qiymətləndirib.

Bu ilin yayında keçirilən parlament seçkilərindən sonra  deputatlar tarixdə ilk dəfə Milli Assambleyaya qadın namizədi sədr seçiblər. 51 yaşlı Yael Bron-Pive (Yael Braun -Pivet) iki tur səsvermədən sonra 462 deputatdan 242-sinin səsi ilə Fransa Milli Assambleyasının sədri vəzifəsinə seçilib. Assambleyanın hüquq komitəsinin keçmiş rəhbəri Yael Bron-Pive siyasi karyerasına 2017-ci ildə başlayıb.

Aydındır ki, Milli Assambleyaya sədrinin həssas dövrdə İrəvana gəlməsindən Ermənistan rəhbərliyi Azərbaycan əleyhinə istifadə etməyə çalışacaq. Azərbaycan əleyhinə bəyanatlar səsləndiriləcək. Bu ABŞ Nümayəndələr Palatasının artıq sabiq spikeri Nensi Pelosindən sonra  İrəvana gələn ikinci parlament spikeridir. Ermənilər Pelosinin səfərindən çox ruhlanmışdılar. Amma tezliklə bunun məyusluğunu yaşadılar ki, indi özləri də etiraf edirlər. Yəni “Nensi nənə” Ermənistana boş, hətta guya ABŞ-ın onlara silah verəcəyi kimi vədlər verib geri qayıtdı. Fransalı spikerin səfərini həsrətlə gözləyənlər yenə də sonda eyni məyusluğu yaşayacağına şübhə yoxdur...

Tarixə düşən iki baş nazir - onların hakimiyyətə gəlişi bizə nə vəd edir...

Politoloq Yeganə Hacıyeva Musavat.com-a şərhində bildirdi ki, erməni lobbisi bütün dünyada sıravi erməniləri məhz erməni maraqları çərçivəsində səfərbər edib. Onlar faktiki olaraq bütün dünyadakı erməniləri özlərinə işlədirlər. Dünyada bir neçə erməni lobbisinin rəhbəri bütün dünyadakı erməniləri pulsuz öz maraqları üçün istifadə edir. Erməni lobbisi kriminal sindikatdır. Mütəmadi olaraq bu erməni lobbisi Ermənistana müxtəlif ölkələrin rəhbərliyinə daxil olan şəxsləri gətirməklə göstərməyə çalışırlar ki, onlar işləyirlər, erməni xalqı onların dediyi ilə hərəkət etsin: “Diqqətçəkən nüans odur ki, erməni lobbisi əsasən vəzifədən getmək üzrə olan, təqaüd yaşı çatmış, siyasi karyerasının son akkordlarını yaşayan siyasətçiləri Ermənistana gətirirlər və erməni xalqının eşitmək istədiyi mesajları onların dilindən səsləndirməklə erməniləri ruhlandırırlar. Süni şəkildə ruhlandırılan xalq isə lobbinin xidmətçisinə çevrilir. Siyasi ömrünün bitməsinə çox az qalmış Nensi Pelosini bir neçə ay öncə İrəvana gətirib hətta ağlatmaları da bu siyasətin nəticəsi idi. İndi isə Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivenin Ermənistana səfərə gəlməsi şousunu hazırlayıblar. Pivenin tutduğu vəzifə əslində katiblik xidmətini göstərir. Yəni o, bizdəki kimi Milli Məclisin sədri vəzifəsində deyil. Sadəcə onun tutduğu vəzifə katiblik xidməti göstərən sədrlikdir. Bu dəfə də Fransada növbəti parlament seçkilərinə az qalmış Bron-Piveni İrəvana gətirib saxta “erməni soyıqırımı” abidəsinin önündə ağladılması şousu olacaq. Bron-Pive erməni lobbisinin seçkidə maliyyəsini qazanması üçün buna gedəcək. Yəni Bron-Pivenin gəlişində məqsədi budur. Onun məqəsdi əslində Ermənistana, erməni xalqına dəstək vermək deyil. Ona görə də Nensi Pelosinin səfərinin nəticəsi nə oldusa-əslində nəticəsiz səfər oldu-Yael Bron-Pivenin səfərinin də nəticəsi o cür olacaq. Yəni heç nə. Ermənistan əhalisi lobbinin rəhbərlərinin və Bron-Pivenin şəxsi maraqlarından irəli gələn səfərdən heç nə gözləməsinlər”.

Ekspert onu da dedi ki, Yael Bron-Pive Emmanuel Makronun partiyasındandır və Makronun həyat yoldaşının rəfiqəsidir. Onun sədr seçilməsi şübhəli idi: “Əvvəllər moda fəaliyyəti ilə məşğul olan, 47 yaşında siyasətə gələn Bron-Pive 2017-ci ildə məhz Makronun həyat yoldaşının rəfiqəsi olduğu üçün deputat seçilib. Sonra isə spiker edilib. Yəni o, şübhəli əsaslarla, mübahisələndirilən seçki nəticəsində Fransa parlamentində ilk qadın sədr oldu. Fransa parlamentində sədr rotasiya əsasında dəyişir, yəni uzun müddətdə sədr olmur. Onun sədr seçilməsində saxtakarlığa yol verildiyi barədə Fransada çoxsaylı iddialar var idi. İndi bu şəxs həm erməni lobbisinin, həm də Makronun tövsiyəsi ilə İrəvana”.  

Elçin Mirzəbəyli — Vikipediya

Politoloq Elçin Mirzəbəyli isə ermənilərin Nensi Pelosidən sonra indi də Fransalı spiker Piveyə ümid etməsinə sarkazm janrında münasibət bildirib: “BMT Təhlükəsizlik Şurasında növbəti uğursuzluğa düçar olan Emmanuel Makron indi də ermənilərin könlünü almaq üçün partiyadaşı, Fransa Milli Assambleyasının prezidenti Yael Bron-Piveni İrəvana göndərir. Baş nazir Nikol Paşinyanın təbliğatçıları isə, artıq xanım Bron-Pivenin gözlənilən səfəri ilə bağlı “proqnoz”larını üyütməyə başlayıblar. Onların qənaətinə görə, Bron-Pive Birləşmiş Ştatlardan olan həmkarı “Nensi Pelosinin izi” ilə gəlir və bu səfər bölgədə yeni dəyişikliklərin əsasını qoyacaq. Amma “yeni dəyişikliklər”in nədən, yaxud nələrdən ibarət olacağını, nədənsə bir kimsə dilə gətirmir. Qeyd edim ki, Ermənistanda eyni “bayram” əhval-ruhiyyəsi ABŞ Konqresinin Nümayəndələr Platasının sədri Nensi Pelosinin səfəri öncəsi də nəzərə çarpırdı. Rusiya əleyhinə aksiyalar keçirilir, şüarlar səsləndirilir, Putinin şəkli Pelosinin “mübarək” portreti ilə əvəzlənir, “ellikcə” haylara hay verən hayhayı getmiş Nensi nənənin pişvazına çıxırdılar. Sonrası nə oldu? Nensi nənə gəldi, ahıl vaxtında günahlarını və dərdlərini yada salıb yanağından bir neçə damcı yaş axıtdı və getdi. Beləliklə, Yael Bron-Pive xala da gələcək, bir hovur ağlayacaq, fransızsayağı təbəssümlə ümid və təsəlli verib qayıdacaq Parisə. 

Ermənilərə görə, Yael Bron-Pive ilə Nensi Pelosinin arasında “mistik” bir bağlılıq da var. Bron-Pivenin doğulduğu şəhərin və Pelosi nənənin adı ingilis dilində eyni yazılır - “Nansy”. İndi ermənilər, niyəsini bilmirəm, bu iki “Nansy” arasında bağlılıq axtararaq, “qafiyə tutur”, Gümrüdə ruslara qarşı aksiya keçirir, öz qafaqlarına görə “manevr” edirlər. 

Amma yenə də anlaya bilmirlər ki, Peolosinin göz yaşlarında “duza qoyduqları” ümidlərini ən yaxşı halda Bron-PİVE ilə “yeyəcəklər”.  

Etibar SEYİDAĞA
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR