İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nelson Mandelaya təlim keçmişəm" – Ölkəmizin təlimçi qonağı Kolin Qibson

1599 24.01.2023 11:12 Müsahibə A A

Xəbər verdiyimiz kimi, 23 yanvar 2023-cü il tarixdə ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” mövzusunda dörd günlük təlim başlayıb.

Musavat.com xəbər verir ki, təlimçi media sahəsi üzrə mütəxəssisi britaniyalı Kolin Qibsondur.

Kolin Qibsonun keçirdiyi təlimin məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilnəsidir.

Musavat.com təlimin ilk günü bitdikdən sonra britaniyalı mütəxəssis Kolin Qibsondan müsahibə alıb.

foto3.JPG (6.48 MB)

Kolin Qibson haqqında qısa arayış: Kolin Qibson Media əlaqələri, Hökumətlə əlaqələr və xüsusən rəqəmsal innovasiyalar vasitəsilə auditoriya artımı da daxil olmaqla , biznesin bütün platformaları və sahələrində xidmət göstərən dünyanın aparıcı kommunikatorlarından və kommunikasiya komandalarının mentorlarından biridir. O, İngiltərə Futbol Assosiasiyasının media çıxışı və ictimaiyyətlə əlaqələr əməliyyatlarına cavabdehdir və Avro 2004-də ən yaxşı media əməliyyatlarından birini həyata keçirib. O, Bakıda 2015-ci ildə Avropa Oyunları ətrafında media əməliyyatlarının çatdırılması, həmçinin strateji, rəqəmsal, nəşr və reputasiya idarəçiliyi ilə məşğul olub. İdman nazirindən tutmuş parlamentarilərə, yüksək vəzifəli rəhbərlərə və beynəlxalq idmançılara qədər bir çox tanınmış şəxsləri mediaya yanaşma tərzinə hazırlayıb. Kolin 2022-ci ildə dünyada ikinci ən böyük idman yarışı zamanı ( Birmingem Birlik Oyunları) əsas kommunikasiya problemlərini idarə etmək üçün əsas Milli və Yerli Hökumət ofisləri və agentlikləri bir araya gətirən Oyunların Kordinasiya Komitəsinin birgə sədri vəzifəsində çalışıb. O, 2022-ci ilin iyul ayında Birmingem Oyunları Tərəfdaşlarının (Hökumət) Koordinasiya Komitəsinin sədri təyin edilib.

foto1.JPG (6.48 MB)

Müsahibəni təqdim edirik:

- "Rəqəmsal jurnalistika" üzrə təlimlər verən Kolin Qibson sosial medialardan aktiv istifadə edirmi?

- Şəxsi olaraq hesablarım yoxdur. Ancaq çalışdığım şirkətə aid hesabları istifadə edirəm. Biz onu kollektiv şəkildə çalışaraq izləyiciləri artırmışıq. Biz bəzən idman sahəsində də oluruq. Sosial medialarımızın izləyici sayını artırmaq üçün idman şəhçilərindən, onların potensialından istifadə etmişik. Bu metodla izləyici artırmaq sahəsində böyük nailiyətlər əldə etmişik.

- Azərbaycan saytları arasında izlədiyiniz, ciddi mənbə kimi qəbul etdiyiniz bir platforma varmı?

- İngilis dilində olduğu üçün azernews.az saytını daimi olaraq izləyirəm. Bu saytı izləməyimin əsas səbəbi onun ingilis dilində olmasıdır.

- Azərbaycanla Britaniya mediası arasındakı mənfi və müsbət cəhətləri saya bilərsinizmi?

foto7.JPG (5.17 MB)

- Öncə onu deyim ki, Azərbaycan mediası oxucu auditoriyasına rahatlıqla yetişə bilir. Çünki oxucuları ilə bir başa əlaqə yaratmaq imkanları var. Bunu Azərbaycan mediasının ən üstün cəhətlərindən biri kimi görürəm. Lakin Azərbaycan mediasında saytların video kontentlərə çox az üstünlük verilir. Daha çox görmək istədiyim kontent isə müxbirlərin birbaşa ekspertlərlə canlı yayım etməsidir. Britaniya mediasında mənfi cəhətlər çoxdur. Neqativ məzmunlu xəbərləri çox paylaşırlar. Bu da insanlarda mənfi təəssüratlar yaratmağa başlayır. Ümid edirik ki, reytinq yığmaq xatirinə bu üsullardan əl çəkərlər. Mənim yaxın dostlarımdan biri BBC-də şərhçi olaraq çalışır. Onun 30 dəqiqəlik hazırladığı bir videoxülasədə pensiyaların azlığı, yaşayış minimumu, iqtisadi gərginlik, etirazalar və.s bu kimi xəbərlər üstünlük təşkil edir. Bu da bir çox insanlarda ümidsizlik və ruh düşkünlüyü yaradır. Mən özüm İspaniyada ev almışam, orada yaşayıram. İspaniyada bu sadaladığım detalların tam əksini görürəm. Orada insanlar daha pozitivdirlər.

8888.jpg (132 KB)

- Təlimlər keçən Kolin Qibson ancaq öyrədir, yoxsa təlimlər zamanı nələrsə də öyrənir?

- Əslində biz hər gün, hər dəqiqə bir şey öyrənirik. Hazırda siz danışırsınız, mən sizi dinləyirəm. Sizin danışdıqlarınızdan da mən bir şeylər öyrənirəm. Təlim zamanı iştirakçılarla apardığım söhbətlərdən də özümü üçün qeydlər edirəm. Çünki mənim də ölkəniz və medianız haqqında bilmədiyim şeylər var.

- Bioqrafiyanızda bir çox tanınmış şəxslərə təlim keçdiyiniz haqqında məlumat var. Onlardan bir neçəsinin adlarını çəkə bilərsinizmi?

- Bəli, mən bir çox tanınmış şəxslərə təimlər keçmişəm. Onları mediaya yanaşma tərzinə hazırlamışam. Bunlardan mənim üçün ən mühümləri Nelson Mandela və Britaniya şahzadəsi olub. Mərkəzçiləri sevirəm, amma bir çox britaniyalı siyasətçilərə hörmətim yoxdur.

- Azərbaycanlılarla bağlı və Bakı haqqında təəsüratlarınız ...

- Öncəliklə onu deyim ki, paytaxtınız çox gözəldir. Xüsusilə Novruz bayramı zamanı şəhərinizin ab-havası möhtəşəm olur. Həmin ərəfələrdə təbiətdən daha çox zövq alıram. Azərbaycanlıların özləri isə olduqca istiqanlı, çox mehriban insanlardırlar. Orta Asiyanın da bir çox ölkələrini gəzmişəm. Lakin Bakı kimi gözəl şəhər görməmişəm.

foto6.JPG (7.87 MB)

- İspaniyadakı evinizi satıb Bakıda daimi yaşayardınızmı?

- Mən Britaniyadakı evimi də satıb bura gələrdim, nəinki İspaniyadakı evimi...

- Azərbaycanın milli mətbəxindən sevdiyiniz yeməklər varmı?

- Ölkənizin bir çox yeməyini sevirəm. Milli mətbəxiniz olduqca çeşidlidir. Lakin ən çox sevdiyim yeməyiniz qutab və düşbərədir.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR