İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna hazırıq”

712 28.09.2022 15:15 İdman A A

“Qarabağ”a qarşı oynayırıq. Hamı bu görüşə hazırdır. Motivasiya oyunun daxilindədir. Çox vacib qarşılaşma olacaq”.

Musavat.com xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib:

"Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonra ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR