İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"nin baş məşqçisi: "Nəticə qane etməsə də, oyundan razı qaldım"

472 11.07.2022 19:38 İdman A A

"Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında yerli "Sivasspor"a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis futbolçulardan razı qaldığını söyləyib: "Baxmayaraq ki, son həftə çətin və məşqlər keçmişik".

Rumıniyalı baş məşqçi qarşılaşma ərzində sistemi dəyişmələrinə də toxunub: "Hər oyunda həm A, həm də B variantı olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik".

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında Türkiyə "Sakaryaspor"u ilə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR