İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi" Honda ilə razılığa gəldi

681 06.03.2021 12:39 İdman A A



"Neftçi" dünyaca məşhur futbolçu, Yaponiya millisinin sabiq üzvü Keisuke Honda ilə razılığa gəlib.

Qol.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalanacaq. Sözləşmənin müddəti isə cari mövsümün sonunadək olacaq. Futbolçu yaxın vaxtlarda Bakıya gələcək.

Həmçinin bildirilir ki, oyunçunun gələcək taleyi onun klubdakı çıxışından asılı olacaq.

Qeyd edək ki, Hondanın son klubu "Botafoqo" (Braziliya) idi. O, komandadan ötən ilin sonunda ayrılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR