İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətlərində ciddi eniş - SƏBƏB

1692 10.05.2022 10:00 İqtisadiyyat A A


Neft qiymətləri dünən təqribən 6% ucuzlaşdı.

Buna səbəb səhm bazarında enmələr və ən böyük neft idxalçısı olan Çində koronavirusla bağlı məhdudlaşmaların neftə tələbi azaldacağı ilə bağlı narahatlıqlar olub.

"Brent" markalı neft 6,45 dollar və ya 5,7% ucuzlaşaraq 105,94 dollar/barelə bərabər olub. ABŞ-ın Qərbi Texas nefti isə 6,68 dollar və ya 6,1% ucuzlaşaraq 103,09 dollar/barelə enib.

Bu gün isə "Brent" markalı neft 103,19 dollara kimi ucuzlaşdıqdan sonra 1,31 dollar və ya 1,2% dəyər itirərək 104,63 dollara bərabər olub. ABŞ-ın Qərbi Texas nefti gün ərzində minimum 100,44 dollara çatdıqdan sonra 1,25 dollar və ya 1,2% ucuzlaşaraq 101,84 dollar/barel olub.

Qeyd edək ki, hər iki müqavilənin dəyəri bu il təqribən 35% artmışdı.

Ümumilikdə, qlobal maliyyə bazarları faiz artımı və tənəzzül narahatlıqları yaradıb. Çünki Çində daha sərt və daha geniş COVID-19 məhdudiyyətləri aprel ayında dünyanın 2 nömrəli iqtisadiyyatında ixrac artımının yavaşlamasına səbəb olub.

Xatırladaq ki, neft qiymətləri ötən həftə Avropa Komissiyasının Rusiya neftinə mərhələli embarqo təklif etməsindən sonra bahalaşmışdı. Bununla belə, Şərqi Avropa ölkələri embarqo ilə bağlı razılığa gəlmədiyi üçün qərar hələ də verilməyib.\\"Ölkə.Az"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR