Sosial şəbəkələrdə İsrailin milli təhlükəsizlik naziri və ifrat sağçı "Otsma Yehudit" partiyasının lideri İtamar Ben-Qvirin 50 illik yubileyinin qeyd olunmasını əks etdirən görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, nazirə həyat yoldaşı Ayala Ben-Qvir tərəfindən hədiyyə edilən tort İsrail mediasının xüsusi diqqətini çəkib.
Tortun üzərində "qızıl kəndir" (dar ağacı ilməsi) təsviri və "Bəzən arzular çin olur" yazısı yer alıb.
Mətbuatın məlumatına görə, bu simvolika siyasətçinin terrorizmə görə məhkum edilmiş şəxslər üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsi ilə bağlıdır.
Tədbirdə nazirlər, deputatlar, yüksək rütbəli polis rəsmiləri və ailə üzvləri iştirak ediblər. Ben-Qvirin tərəfdarları bu simvolu qanunvericilik təşəbbüsünə dəstək kimi qiymətləndirsələr də, tənqidçilər bunu təxribat hesab edib və hüquq-mühafizə orqanları rəhbərlərinin belə bir məclisdə iştirakını kəskin pisləyiblər.
Musavat.com






