İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda ali və orta ixtisas müəssisələrinə sənəd verən məzunlardan 77 faizi tələbə adını qazanıb

438 11.09.2018 05:34 Təhsil A A

Bu il Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə 2627 məzun sənəd verib, onlardan 2023-ü, yaxud 77 faizi tələbə adını qazanıb.

"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib.

O, qeyd edib ki, 2017-2018-ci tədrisilində məzunlardan 13-ü "Qızıl", 11-i "Gümüş" medallara, 151-i isə fərqlənmə attestatına layiq görülüb. Nazirin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasında mühüm rol oynayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR