İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO “Şimal axını-2” boru xəttinə alternativlər axtarır

341 07.02.2022 01:14 Dünya A A

NATO İspaniya Kataloniyası ilə Fransanı birləşdirən qaz kəmərinin tikintisini mümkünlüyünü öyrənir. Bununla Qərb dövlətlərini hərbi ittifaqı Mərkəzi Avropanın Rusiya qazından asılılığını azaltmaq istəyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, “Midcat” adı verilən bu qaz kəmərinin tikintisi Fransa və İspaniya hökumətləri tərəfindən dayandırılıb. Həmin vaxt rəsmi Madrid və Paris təbii qazın bərpa oluna bilən enerji mənbələri ilə əvəzlənəcəyini düşündüyü üçün layihəni mənasız saymışdı.

“İspaniya və Portuqaliyada yerləşən səkkiz qazlaşdırma zavodu tərəfindən saxlanıla və emal edilə bilən Əlcəzair qazını və mayeləşdirilmiş qazı Avropanın mərkəzinə göndərmək üçün yeni Trans-Pireney xətti qurulması gündəmdədir”,-deyə məqalədə bildirilir.

“Hazırda Almaniya da bu layihədə olduqca maraqlı görünür”,-deyə yazıda qeyd olunub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR