İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibindən HƏYƏCANLI AÇIQLAMA: Rusiyanın növbəti hədəfi... - VİDEO

682 11.12.2025 17:21 Dünya A A

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, alyans Rusiyanın növbəti hədəfi ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə o, Almaniya kansleri Fridrix Mertslə birgə mətbuat konfransında bildirib.

"Mən bu gün NATO-nun mövqeyini izah etmək üçün və müharibə başlamamışdan əvvəl onun qarşısını almaq üçün nə edilməli olduğunu izah etmək üçün buradayam. Bunun üçün təhlükəni aydın şəkildə anlamaq vacibdir. Biz Rusiyanın növbəti hədəfiyik və artıq təhlükə altındayıq", - Rutte vurğulayıb.

Onun sözlərinə görə, hazırda alyansa üzv olan bir çox ölkələr “vəziyyətin aktuallığını hiss etmirlər” və səhvən “vaxt bizim tərəfimizdədir” hesab edirlər.

"Bu, doğru deyil. Hərəkət etmək vaxtı çatıb. Müttəfiqlərin müdafiə xərcləri və istehsalı sürətlə artmalı və onların silahlı qüvvələri təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyə malik olmalıdır", - o əlavə edib.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Rusiyanın NATO-ya hücum planlaşdırmadığını bəyan edib və Qərb ölkələrinə mümkün hücumla bağlı xəbərləri “cəfəngiyyat” adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR