“Sabah” kapitanı Amin Seydiyevlə yolları ayırıb.
Bu barədə Masazır təmsilçisi məlumat yayıb.
27 yaşlı müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.
“Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Qeyd edək ki, müdafiəçi 2020-ci ildən “Sabah”da oynayırdı.






