İnsanlara hürriyət, millətlərə istiqlal!

"NATO 2023-cü ildə silaha 10 milyard dollar xərcləyib" - Stoltenberq

303 15.02.2024 13:35 Dünya A A

Şimali Atlantika Alyansı 2023-cü ildə sursat və silah ehtiyatlarını artırmaq üçün təxminən 10 milyard dollar xərcləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşü ərəfəsində Pentaqonun rəhbəri Lloyd Ostinlə söhbətində bildirib.

Sammitin prioritet mövzularından biri mərmi istehsalının artırılmasıdır. Bu sursatın bir hissəsi Ukraynaya göndəriləcək, digər hissəsi isə Kiyevə hərbi yardım göstərən alyans dövlətlərinin ehtiyatlarını dolduracaq.

“Stoltenberq qeyd edib ki, NATO keçən il alyansın döyüş sursatı və silah ehtiyatlarını artırmaq üçün 10 milyard dollarlıq müqavilə imzalayıb”, - Amerika Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. Ostin və Stoltenberq “hər hansı bir təhlükənin qarşısını almaq və ondan müdafiə etmək” üçün müdafiə istehsalının artırılmasının vacibliyini vurğulayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR