İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkomanları ayaqda saxlayan müəmmalı dərman - VİDEO

934 18.07.2024 08:00 Ölkə A A

Kliniki Tibbi Mərkəzdə qeydiyyatda olan şəxslərə hər gün müəyyən miqdarda "Metadon" maddəsi paylanılır. Bu səbəbdən də qeydiyyatda olan şəxslər hər gün buraya gəlib həmin miqdarda məhlulu içərək ağrılarını sakitləşdirirlər.

Baku TV-nin əməkdaşı məhlulu içməyə gələn bir neçə narkotik maddə istifadəçisi ilə həmsöhbət olmağa çalışıb.

"Hər gün gəlib içirəm, sonra gedirəm işimə-gücümə. Ailəmin yanındayam. Bunu içəndə normal insan kimi yaşayıram", - narkotik istifadəçisi deyib.

Mərkəzin həkimi Faiq Köçərli bildirib ki, məntəqələrdə verilən "Metadon" siropları köməkedici bir vasitədir. Məqsəd isə odur ki, həmin şəxslər məntəqədə dövlət tərəfindən onlara verilən vasitəni qara bazarda axtarmasınlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə narkotik asılılığından əziyyət çəkənlərə bu əvəzedici terapiya proqramı tətbiq edilir.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR