İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalif deputat: “Ermənistan-Rusiya münasibətləri çox gərgindir”

468 27.11.2023 15:05 Son xəbər A A

“Rusiyanın bu addımı müəyyən mesajdır. Problem təkcə KTMT-də deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan deyib.

Erməni müxalif deputat “Yuxarı Lars” keçid məntəqəsindəki vəziyyəti Ermənistan-Rusiya münasibətlərindəki hazırkı gərginliklə əlaqələndirib.

“Paşinyan nə qədər Rusiya ilə münasibətlərin çox yaxşı olduğunu desə də, Putinlə yaxşı münasibətlərinə nə qədər istinad etsə də, əlaqələrin çox gərgin olduğu aydındır və bu, ictimai əhval-ruhiyyəyə təsir etməyə bilməz. Aydındır ki, böyük təbliğat resursları ilə ictimai rəyi formalaşdırmaq çox asandır”, - deyə Xaçatryan qeyd edib.

Qeyd edək ki, hazırda “Yuxarı Lars” keçid məntəqəsində yük maşınlarının hərəkət etmədiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR