İnsanlara hürriyət, millətlərə istiqlal!

Muslera Terimə: "Sən yoxsansa, mən də yoxam"

604 18.05.2021 11:09 İdman A A

"Qalatasaray"ın qapıçısı Fernando Muslera klubdan ayrıla bilər.

Qol.az xəbər verir ki, bu barədə "Fotomatç" qəzeti məlumat yayıb. Baş məşqçi Fatih Terimin müqaviləsinin mayın 31-i başa çatması və "Malatyaspor"la oyundan sonra "Haqqınızı halal edin" - deyərək futbolçulara vidalaşması 34 yaşlı qokiperə təsir edib. Çalışdırıcının Musleranın Türkiyəyə gəlməsində rolun çox olduğu üçün qapıçı onun klubdan ayrılmağı düşünməyinə məyus olub. Hətta Fatih Terim sözügedən matçın ardından açıqlama verdikdən sonra Muslera məşqçini qucaqlayaraq Türk dilində "Sən yoxsansa, mən də yoxam" deyib.

Tətilini Bodrumda keçirən qolkiper onunla eyni yerdə olan Fatih Terimi axtarıb. Muslera 67 yaşlı mütəxəssisdən ayrılıq qərarında ciddi olub-olmadığını soruşub. Qapıçı Terimə bildirib ki, klubla yeni müqaviləsini məhz onunla işləyəcəyi üçün imzalayıb. Hətta məşqçi ayrılmaq qərarı verərsə, Muslera meneceri ilə danışıb, özünə yeni klub axtaracaq. Fatih Terim isə qərarını klubun prezident seçkilərindən sonra verəcək. O, Musleradan bu məsələyə görə tələsməməsini istəyib.

Qeyd edək ki, Muslera bu yay başa çatacaq müqaviləsininin müddətini martın 16-ı 2024-cü ilin yayınadək uzadıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR