İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatın qurultay günü bilindi

654 16.09.2019 16:49 Son xəbər A A

Müsavat Partiyasının 9-cu qurultayı oktyabrın 12-si Bakıda keçiriləcək. Musavat.com-un məlumatına görə, partiya Divanının 16 sentyabr iclasında belə qərar verilib. Yer üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacağı bildirilir.

Qurultaya hazırlıq məsələsinə Müsavat Məclisinin 9 iyun 2018-ci il iclasında baxılıb, müvafiq təşkilat komitəsi yaradılıb. Yerli təşkilatlarda keçirilmiş yığıncaq və konfranslarda qurultayda 400-dən çox nümayəndə seçilib. Məclisin 20 iyul 2019-cu il iclasında 9-cu qurultayın oktyabr ayında keçirilməsi barədə qərar çıxarılmış, qurultay gününü müəyyən etmək Divana həvalə olunmuşdu.

Partiya nizamnaməsinə əsasən, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır.

Qurultayın partiyanın proqramını və nizamnaməsini qəbul etmək, onlarda dəyişiklik və əlavələr etmək, Məclisin rayon (şəhər) təşkilatı sədri olmayan üzvlərini, partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçmək səlahiyyətləri var.

Etibar Seyidağa,

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR