İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat Məclisinin yeni sədri kim olacaq?

1527 22.10.2019 08:35 Siyasət A A

Qurum mitinq qərarı verib

Müsavat Partiyası Məclisində boş qalan yerlərə seçkilərin nəticələri açıqlanıb. Məclisin sessiyasında 27 sərbəst Məclis üzvü yerinə qarşı 54 namizədin adı seçki bülleteninə daxil edilib.

71 nəfər Məclis üzvünün iştirak etdiyi səsvermə nəticəsində 7 nəfər 50 faizdən artıq səs toplayaraq sərbəst Məclis üzvü seçilib. Dadaş Əhmədli 51 səs, Əlipənah Rzalı 54, Fərid Hüseynli 54, Gülağa Aslanlı 63, Kərimxan Zeynalov 58, Misir Məhəmmədoğlu 54, Rafiq İsmayıl 53 səslə sərbəst Məclis üzvü seçiliblər.

Qeyd edək k, Müsavat Partiyasının oktyabrın 13-də keçirilən qurultayında 33 nəfər sərbəst Məclis üzvü seçilmişdi. Məclisin tərkibində 20 yer hələ boş qalıb. Bu yerlərə seçkilər növbəti sessiyalardan birində keçiriləcək.

Qurultayda 60 sərbəst Məclis üzvü yerinə qarşı 115 namizəddən cəmi 33 nəfər Məclisə üzv seçilə bilmişdi. 9 nəfər isə Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçilmək üçün kifayət qədər səs yığıb. Seçkilərin nəticələri partiya Məclisinin 19 oktyabr sessiyasında təsdiqlənib. Məclis üzvü seçilmək üçün tələb olunan minimum 163 səs həddini Almaz Məmmədli, Başxanım Abbasova, Dünyaxanım Cahan, Fəridə Ələsgərli, Fizzə Ağayeva, Könül Alı, Lətafət Məlikova, Limunət Əmrahova, Mailə Bayramova, Nigar Həzi, Nüşabə Sadıxlı, Raymonda Əliyeva, Sevda Səfərəliyeva, Şəfa Sultanova, Şöhrət Atakişiyeva, Zərnigar İsmiyeva, Ziyarət Səfərova, Akif Bədirli, Araz İsmayıllı, Ayxan Hacıbəyli, Azər İsmayıl, Əlikram Xurşidov, Fərəc Kərimli, Hidayət İsmayılov, İkram İsrafil, Mehman Kərimli, Mustafa Hacıbəyli, Nemət Kərimli, Osman Kazımov, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Söhrab Məhərrəmov, Yusif Tağı keçə bilib.

Keçid üçün 169 səs lazım olan Mərkəzi Nəzarət-Təftiş Komissiyasına isə bu şəxslər seçilib: Sevinc Hüseynova, Ayxan Hacıbəyli, Balabba Allahnəzərov, Cahangir İsmayılbəyli, Cəmaləddin Heybətov, Çingiz Əli, Əli Həsənov, Əliş Əzizov, Kərimxan Zeynalov.

Məclisdə 27, Mərkəzi Nəzarət-Təftiş Komissiyasında 2 yer boş qalmışdı.

Müsavatın yeni Məclisinin ilk sessiyasında Məclisə sədr seçkisi keçirilməyib. Məclis sədrliyinə iddiaçıların adları hələ ki, məlum deyil. Müsavatdan əldə etdiyimiz məlumata görə, növbəti dövr üçün də Məclisin sədri Nüşabə Sadıqlı ola bilər.

Müsavat Məclisinin sessiyasında partiyanın mitinq keçirməsi məsələsi də müzakirə edilib və noyabrın 10-da mitinq keçirmək qərarı verilib. Mitinqin harada keçirilməsi barədə isə qərarı Divanın verəcəyi deyilir.

E.SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR