İnsanlara hürriyət, millətlərə istiqlal!

Mundialda gərgin mərhələ – Kimlər evə qayıdacaq?

1542 18.06.2026 16:13 İdman A A

Bu gün Dünya Çempionatı 2026-da ən həyəcanlı mərhələ başlayır. Belə ki, qrup mərhələlərində ikinci tura start verilir. Axşam və sabaha keçən gecə keçiriləcək qarşılaşmalar bu mundialda bəzi ölkələrin talelərinin müəyyənləşməsində mühüm rol oynaya bilər.

DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib -  YENİLƏNİB-5

Günün ilk oyunu Çexiya - CAR (Cənubi Afrika Respublikası) arasında baş tutacaq və 20:00-da başlayacaq. Çexiya müstəqil dövlət kimi ilk dəfə 2006-cı ildə dünya çempionatında iştirak edib. Daha əvvəl Çexoslovakiya iki dəfə (1934 və 1962) mundialın finalına qədər yüksəlmişdi. 2026-cı il mundialı isə çexlərin 20 illik fasilədən sonra dünya çempionatına dönüşüdür.

Çexiyanın əsas ulduzları Patrik Şik "Bayer Leverkusen"inin qol maşını və komandanın əsas hücum silahı sayılır. Tomaş Souçek isə "Vest Hem"in kapitanlarından biri, hava toplarında çox təhlükəlidir. Adam Hlojek sürətli və texnikalı hücumçudur.

Cənubi Afrika Respublikası tarixində ən böyük uğurunu 1996-ci ildə qazanıb. Afrika Millətlər Kubokuni başı üzərinə qaldırıb. Dünya çempionatlarında isə heç vaxt qrup mərhələsini keçə bilməyib. 2010-cu ildə ev sahibi olmasına baxmayaraq, qrupda qalmışdı. CAR-ın ulduzlarından Persi Tau komandanın yaradıcılıq mərkəzidir. Teboho Mokoena yarımmüdafiənin beynidir. Ronuen Ulliams isə Afrikanın ən etibarlı qapıçılarından sayılır.

Hər iki ölkə ilk turda məğlub olub və xal itkisi növbəti mərhələyə çıxmaq şanslarını minimuma endirə bilər. Çexiya heyət keyfiyyətinə görə favoritdir, lakin afrikalıların fiziki gücü və sürətli əks-hücumları görüşü çətinləşdirəcək.

Günün ikinci oyununda isə İsveçrə-Bosniya və Herseqovina milliləri 23:00-da üzə gələcək. İsveçrə dünya futbolunun sabit iştirakçılarındandır. Onlar dəfələrlə 1/8 və 1/4 final mərhələlərinə yüksəlib, son illərdə isə Avropanın ən intizamlı komandalarından biri hesab olunur. İsveçrənin əsas ulduzları Qranit Caka, Manuel Akanji, Breel Embolo və Remo Freulerdir.

DÇ-2026: Qətər - İsveçrə oyunu | Latest sports news in one place —  Sportnews.az

Bosniya və Herseqovina tarixində yalnız bir dəfə- 2014-cü ildə dünya çempionatına qatılmışdı. 2026 mundialı onlar üçün ikinci iştirakdır. Komanda seçmə mərhələdə İtaliya və Uels kimi rəqibləri keçərək böyük sürpriz edib. Bosniyanın ulduzlarından Edin Ceko 40 yaşında olsa da, komandanın simvoludur. Digər ulduzları isə Ermedin Demiroviç, Amar Dediç, Sead Kolaşinaç sayılır.

Bu millilərin ilk oyunu barədə məlumat verək:

İsveçrə ilk oyunda Qətərə qarşı qələbəni əldən verib, Bosniya isə Kanadadan xal almağı bacarıb. Hər iki komanda qələbə qazanacağı təqdirdə pley-offa böyük addım atacaq. İsveçrə düşərgəsində əsas məqsəd ilk turdakı məyusluğu unutdurmaqdır, Bosniya isə artıq autsayder kimi qəbul edilmək istəmir.

Kanada-Qətər dueli 02:00-da başlayacaq. Kanada uzun illər dünya səhnəsindən uzaq qalsa da, son dövrdə Şimali Amerikanın ən sürətlə inkişaf edən komandalarından birinə çevrilib. 1986 və 2022-dən sonra 2026 onların üçüncü mundialıdır. Ev sahibi amili də kanadalıların ən böyük üstünlüklərindən biridir.

Historia de los Mundiales en México: 1970, 1986 y la Llegada del Mundial  2026 | Emporio Hotels & Resorts ® Fútbol y pasión mexicana: reviviendo de México  mundiales 1970 y 1986 rumbo al 2026

Kanadanın ulduzları - Alfonso Deyvis, Conatan David, Tajon Buçanan və Stephen Eustaquio qəbul olunur. Qətərin mundial yoluna gəldikdə isə ilk dəfə 2022-ci ildə ev sahibi kimi debüt etmişdi. Asiyanın son illərdə ən uğurlu komandalarından biri hesab olunur və iki dəfə Asiya çempionu olub. Dünya çempionatında isə hələ də ilk böyük uğurunu axtarır.

Qətərin ulduzları Əkrəm Əfif, Almoez Ali, Boualem Xouxidir.
Qətər ilk turda İsveçrədən sensasion xal aldı. Kanada isə Bosniya ilə heç-heçə etdi. Kanada baş məşqçisi Jesse Marş bu görüşdə ilk dəqiqələrdən oyuna nəzarət etməyin vacibliyini vurğulayıb və Alfonso Deyvisin hazır olduğunu açıqlayıb.

Meksika-Cənubi Koreya qarşılaşması 05:00-da start götürəcək.
Meksika dünya futbolunun ən sabit milli komandalarından biridir. 17-dən çox mundial iştirakçısı olan meksikalılar iki dəfə-1970 və 1986-cı illərdə ev sahibliyi etdikləri turnirlərdə 1/4 finala yüksəliblər.

La Jornada: México es el segundo país que más boletos quiere para la Copa  Mundial

Meksikanın ulduzlarından Santyaqo Ximenez Avropada parlayan hücumçudur. Raul Ximenez isə təcrübəli qolçudur. Edson Alvarez yarımmüdafiənin lideridir. Gilyermo Oçoa isə, əfsanəvi qapıçıdır. Cənubi Koreya Asiyanın ən uğurlu komandalarından biridir. 2002-ci ildə yarımfinala yüksələrək tarix yazıb. Koreya ardıcıl mundial iştirakları ilə seçilir və dünya futbolunda artıq daimi iştirakçı sayılır.

Bu matç günün ən keyfiyyətli qarşılaşmalarından biri hesab olunur. Hər iki komanda ilk turu qələbə ilə başa vurub və bu görüşün qalibi demək olar ki, pley-offa vəsiqəni təmin edəcək. Meksika təcrübəsinə, Koreya isə sürət və dinamizminə güvənir. Azarkeşlər xüsusilə Santyaqo Ximenez – Son Hın Min duelini səbirsizliklə gözləyirlər.

Günün əsas favoriti olan ulduzları təqdim edirik:

Alfonso Deyvis (Kanada)
Patrik Şik (Çexiya)
Qranit Caka (İsveçrə)
Edin Dzeko (Bosniya)
Santyaqo Ximenez (Meksika)
Son Hın Min (Cənubi Koreya)

Bu qarşılaşmaların nəticələri A və B qruplarında pley-off uğrunda mübarizənin istiqamətini böyük ölçüdə müəyyən edəcək. Xüsusilə Meksika - Cənubi Koreya və İsveçrə-Bosniya oyunları qrup liderliyi baxımından həlledici xarakter daşıyır.

 

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR