İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir - VİDEO

520 15.04.2020 14:18 Siyasət A A

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər başlayıb.

Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, xüsusi olaraq hazırlanmış mühəndis şəhərciyində qoşunlara mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətlə məşqlər keçirilir.

Çətin relyefli ərazidə şərti düşmənin hazırladığı mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, su maneələri üzərində körpülər və bərələr qurulur.

Bundan əlavə, hərbi mühəndislər ərazinin kəşfini aparır, tabel və əlaltı vasitələrdən istifadə etməklə partlayan və partlamayan mühəndis maneələri qurur, eləcə də fortifikasiya qurğularını hazırlayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR