İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəyə görə nişanını təxirə salan xüsusi təyinatlı gizirin sirli həyatı VİDEOREPORTAJ

2752 18.01.2021 19:48 Gündəm A A

"Yeni Müsavat" Media Qrupu olaraq Vətən müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik. 

Vətən uğrunda şəhid olan qəhrəman döyüşçülərimizdən biri də Beyləqan rayon, Qəhrəmanlı qəsəbəsindən olan xüsusi təyinatlı snayper Emin Məmmədovdur.

Gizir Emin Məmmədov dəfələrlə məxfi əməliyyatlarda uğurla iştirak edib. Türkiyədə keçirilən xüsusi təlimlərə qatılıb. Xidmətlərinə görə bir mükafatlara layiq görülüb.

Müharibədən bir neçə gün əvvəl valideynləri onun üçün elçi getmək istəyib. Hətta Emin nişan üçün özünə yeni paltar da alıb. Amma Emin valideynlərindən xahiş edib ki, bu işi müharibədən sonraya saxlasınlar.

Vətən uğrunda, Füzulinin azad edilməsində göstərdiyi qəhrəmanlığa görə medalları ilə təltif edilib. Həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə də layiq görülüb.

Emin Məmmədovun həyat hekayəsi ilə aşağıdakı linkdən ətraflı tanış ola bilərsiniz. 

IMG_20210118_194759_778.jpg (120 KB)

IMG_20210118_194757_306.jpg (177 KB)

IMG_20210118_194801_142.jpg (340 KB)

 

İlkin Muradov

Video: Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR