Bir neçə gün öncə Bakıda yerləşən İdrak liseyində gənc müəllimin şagirdi tərəfindən güllələnməsi cəmiyyətdə ciddi rezonans yaradıb. Xatırladaq ki, 10-cu sinif şagirdi evdən ov tüfəngi götürərək məktəbə gəlib və sinifdə müəllimini güllələyib. Şagird artıq həbs olunub, müəllim isə əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hələ də açıq qalmış suallar var ki, şagird evdən necə silah gətirə bildi və sinifdə belə bir hərəkətə yol verdi? Bəziləri bunu qudurğanlıq kimi qiymətləndirir, bəziləri isə sosial medianın uşaqlar və yeniyetmələr üzərində yaratdığı aqressiya və depressiya təsirini, eləcə də bəzi internet oyunlarının təhlükəli vəziyyətlərə yol açdığını vurğulayır.
Bəs Bakı sakinləri bu haqda necə düşünür?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






