İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdirinə əsəbiləşən qadından 2 milyonluq qisas - anbarı partlatdı VİDEO

1241 11.12.2021 21:18 Hadisə A A

Taylandda neft anbarında işləyən qadın onu danlayan müdirinə əsəbiləşdikdən sonra içərisində minlərlə litr yağ olan çəni yandırıb. 40 milyon Tayland bahtı (təxminən 2 milyon manata yaxın) dəyərində ziyan vuran qəzəbli işçi yanğın törətdiyi üçün həbs edilib.

Polis tərəfindən şəxsiyyəti müəyyən edilkdən sonra evində yaxalanan 38 yaşlı Ann Sriya adlı qadın törətdiyi cinayəti etiraf edib.

Sriyanın olduğu iddia edilən təhlükəsizlik görüntülərində bir adamın anbara kağız parçası ilə girdiyi və rəfdə bir sıra zibil qutularının arxasında gözdən itdiyi görünür.

 

Birmərtəbəli bina alov topuna çevrilib və yüksələn qara tüstü bütün ərazini bürüyüb. 40-dan çox yanğınsöndürən maşının müdaxilə etdiyi yanğını 4 saatdan sonra söndürmək mümkün olub.

Qadının 9 il “Prapakorn Oil” şirkətində çalışdığı öyrənilib. Baş verən insidentdə xəsarət alan işçilərdən biri polisə bildirib ki, qadın yanğını müdirinə əsəbiləşdiyi üçün törədib. Hadisə şahidi müdirin onu danlayıb, daha yaxşı işləyə biləcəyini dediyini qeyd edib.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR