İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına SƏRT ŞAPALAQ: “Tədbir görmürsüz!” – detallar CANLIda 

1377 28.07.2023 15:07 Gündəm A A

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 10:49-dan 11:16-dək, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə saat 14:48-dən 15:25-dək və iyulun 27-i Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 14:08-dən 14:30-dək və saat 15:04-dən 15:26-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranmışdır.

Bu faktlar və əvvəllər baş vermiş eyni hadisələr barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfimizdən məlumatlandırılıb.

Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bu günədək heç bir tədbir görülməyib.

Ermənistanda akkreditə olmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər Laçın postuna gəliblər. Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan və Sünik (Zəngəzur) qubernatoru da onlarla birlikdədir.
Səfir və nümayəndələr Laçın postundan keçmək üçün gözləyən yük maşınlarının yanında dayanaraq Laçın postundakı vəziyyəti izləyiblər. Onların hazırda ərazidə olduğu bildirilir. Qeyd edək ki, separatçılar TIR-ların keçməsi üçün artıq saatlardır rəsmi Bakıdan və rus sülhməramlılardan cavab ala bilmədiklərini deyirlər.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 15.00-da aparıcı Sevinc Telmanqızı ilə “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Nemət Pənahlı olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR