İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mübariz” İK Rusiyada qeydiyyatdan keçib

665 16.11.2019 13:55 Son xəbər A A

Noyabrın 8-də “Mübariz” Döyüşçü İdman Klubu Rusiya Federasiyasında rəsmən fəaliyyətə başlayıb. RAİ-nin bu haqda açıqlamasında bildirilir ki, klub bir neçə ay öncə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə yaradılıb: ”Xalqımızın qəlbində xüsusi yeri olan şəhid Mübariz İbrahimovun şərəfinə adlandırılan “Mübariz” Döyüşçü İdman Klubu təsis edildikdən qısa zaman sonra bütün texniki avadanlıqla təsis edilib.

8 noyabr 2019 cu ildən isə “Mübariz” MMC döyüşçü idman klubu hüquqi şəxs qismində Rusiya Federasiyasının Vahid Dövlət Reestrinə daxil edilib.

Avropada, MDB hüdudlarında, o sıradan Rusiya Federasiyası ərazisində idman klubunun filiallarını açmaq istəyən fiziki və hüquqi şəxslər RAi-yə müraciət edə bilərlər. RAİ rəhbərliyi gələcəkdə açılacaq filialların 3 aylıq icarə haqqını ödəməyə, qarşılıqlı razılıq əsasında idman klubunu lazımi inventarla təmin etməyə hazır olduğunu bildirir”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR