İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK katibi: “Bəzi bloqqerlər seçki məntəqələrində narazılıq yaradır”

882 23.12.2019 17:15 Gündəm A A

“Bəzi bloqqerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

Onun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloqqer arasında narazılıq yaranıb, seçici bloqqerin onu çəkməsinə etiraz edib: “Bəzən bloqqerlər seçki prosesinə mane olurlar, məntəqələrin işinə yersiz müdaxilə edirlər”.

MSK katibi həmçinin qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hələ ki, problem yaranmayıb: “Bununla bağlı bizə müraciət daxil olmayıb. Bütün məntəqələr məlumat oxuyan qurğu ilə təmin edilib. Hesab edirəm ki, bununla bağlı heç bir problem və ya narazılıq yaranmayacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR