İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Vensin İrəvandakı AES açıqlamasına reaksiya: Bizi əvəz edəcək alternativ yoxdur!  

1615 10.02.2026 10:36 Siyasət A A

ABŞ vitse-prezidenti D.J.Vensin İrəvanda ölkəsinin Ermənistanda modul AES tikintisi üçün 9 milyard dollar ayırmasına dair açıqlaması Moskvanın dərhal reaksiyasına səbəb olub.

Musavat.com “İzvestiya”ya istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin nüvə elektrik stansiyasının tikintisinin Moskvanın İrəvanla münasibətlərinin gündəliyində yüksək yer tutduğunu və müxtəlif səviyyələrdə müntəzəm olaraq müzakirə olunduğunu bəyan edib:

"Rosatom" təbii ki, erməni dostlarının istəklərini nəzərə alaraq layihənin həyata keçirilməsinə mümkün qədər tez başlamağa hazırdır. Etibarlı, sübut olunmuş texnologiyaların mövcudluğu, eləcə də cəlbedici maliyyə parametrləri - o cümlədən tikinti, sonrakı istismar və mütəxəssis hazırlığı və yenidən hazırlıq ehtiyacını nəzərə alan parametrlər baxımından heç bir real alternativ yoxdur".

Nəşr xatırladır ki, fevralın 6-da "Rosatom" Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüşüb və 2025-ci ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən Dünya Atom Həftəsində iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR