İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadakı terrorla bağlı İŞ ADAMI HƏBS EDİLDİ - VİDEO

2398 26.03.2024 14:31 Son xəbər A A

“Crocus City Hall”dakı terror aktı ilə bağlı iş üzrə səkkizinci müttəhim olan 32 yaşlı biznesmen Alişer Kasımov mayın 22-dək həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” kanalı məlumat yayıb.

İş materialları Basmannı Məhkəməsinə verilib və yaxın vaxtlarda onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Terrorçuları “Krokus”a hücum hazırladıqları Putilkovoda mənzillə o təmin edib.

Kasımov Krasnoqorskda yaşayır və kiçik bir kafenin sahibidir.

Qeyd edək ki, 22 martda “Krokus Siti Holl”da baş verən terror aktı nəticəsində, son məlumata görə, 139 nəfər ölüb, 180 nəfər yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR