İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Tramp administrasiyası ilə bağlı yeni gözlənti: Lavrovdan Ukrayna bəyanatı

692 19.06.2026 17:20 Dünya A A

Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvada Amerika tərəfinin Ukrayna münaqişəsinin nizamlanmasına dair yanaşmasını dəyişə biləcəyi barədə təəssüratın olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri ABŞ və regional proseslərlə bağlı bir sıra digər mühüm məqamlara da toxunub. Lavrov bildirib ki, Moskva Donald Tramp administrasiyasının dialoq zərurətini heç vaxt inkar etməməsini yüksək qiymətləndirir. Buna baxmayaraq, o, ABŞ-ın dövlət katibi Marko Rubionun "Birləşmiş Ştatlar münaqişənin nizamlanmasında vasitəçi ola bilməz" formatındakı bəyanatının Rusiya tərəfində ciddi təəccüb doğurduğunu gizlətməyib.

ABŞ rəsmilərinin Moskvaya gözlənilən səfərlərindən danışan nazir qeyd edib ki, Trampın xüsusi nümayəndələri Uitkoff və Kuşnerin Rusiyaya gəlişinin dəqiq tarixləri hələlik müəyyən edilməyib. Lavrov həmçinin Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar qəbul etmək yolu ilə Ukraynaya dəstəyini davam etdirdiyini xatırladıb. ABŞ və İran arasında aparılan danışıqlara da münasibət bildirən Rusiya XİN başçısı hazırda prosesdə müəyyən "anlaşılmazlıqların vüsət aldığını" desə də, rəsmi Mosqvanın müddətdən asılı olmayaraq bu danışıqların uğurla nəticələnməsini arzuladığını vurğulayıb. Sonda Avropa İttifaqının mövqeyini tənqid edən Lavrov Avropanın vasitəçilik təklif etdiyini, lakin real işdə yalnız uльтиматумlar irəli sürdüyünü diqqətə çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR