İnsanlara hürriyət, millətlərə istiqlal!

Möhtəşəm gün: Xankəndiyə gedirik - FOTOLAR

3287 21.12.2023 03:07 Son xəbər A A

Bu gün Xankəndidə tarixi anlar yaşanacaq.

Musavat.com xəbər verir ki, Xankəndi şəhər stadionunda Azərbaycan kubokunun 1/8 final matçı -"Qarabağ"-"MOİK" futbol klublarının oyunu keçiriləcək.

Tarixi anları izləmək üçün Bakıdan Xankəndiyə azarkeşlər, jurnalistlər, ictimai şəxslər yola düşürlər.

30 ildən sonra "Qarabağ" adını daşıdığı Qarabağda futbol oyunu keçirəcək. Bu, bir zamanlar xəyalını belə qura bilmədiyimiz hadisədir. Ona görə də oyunu izləməyə gedən hər kəs həyəcanlıdır, Xankəndini görmək üçün səbirsizlənir.

Onu da qeyd edək ki, Xankəndi oyunu saat 14:00-da başlayacaq. “Yeni Müsavat” Media Qrupunun əməkdaşları oyunu işıqlandıracaq media nümayəndələri arasındadır.

Oyundan daha ətraflı materialı gün ərzində təqdim edəcəyik.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR