İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyanın Tehran səfərinin ŞOK DETALLARI

1312 25.07.2023 14:06 Gündəm A A

Sahib Alıyev: “Moskvada Zəngəzur dəhlizinin açılması yönündə həlledici addım atıla bilər”

“Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvadakı bugünkü görüşlərinin necə bitəcəyi demək olar ki, öncədən bəllidir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev deyib.

Prezidentin yasil enerji istehsaliyla bagli verdiyi proqnoz ozunu  dogruldacaq" - Sahib Alıyev

Deputat Nikol Paşinyanın regionda sülhün yaranmasını qətiyyən istəməyən Fransanın mediasına verdiyi son müsahibəsinə diqqət çəkib:

“Bugünkü danışıqları təşkil edən ölkənin davranışları, məsələn, ATƏT-dəki səfirinin Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh anlaşmasında Qarabağdakı haydillilərin hüquq və təhlükəsizliklərinin təmini məsələsinin də əksini tapması haqda sərsəmləmələri göstərir ki, Moskva və İrəvan regionda qarşıdurmaya tezliklə son qoyulmasında elə də maraqlı deyil. Görüş öncəsi Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının onların heç də ürəyindən olmadığından xəbər verən bir bəyanatı da vardı. Ermənistan baş nazirinin Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə Qarabağdakı hərbi xuntanı “demokratik yolla seçilmiş hakimiyyət” adlandırması, “Frans Press” agentliyinə regionda yeni savaş gözlənildiyini bildirməsi nə deməkdir? O deməkdir ki, qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıdığını desə də, işğalçılıq potensialı darmadağın edilsə də, daxili işlərimizə qarışmaq niyyətindən əl çəkmək istəmir. Ona görə də yeni savaşdan dəm vurur, Fransa və Hindistandan hərbi dəstək umur ki, Moskva görüşü öncəsi də bu yöndə cəhdlər edildiyini görürük”.

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

Sahib Alıyev qeyd edib ki, Ermənistan xarici işlər nazirinin Moskva görüşünə birbaşa Tehrandan getməsi düşündürücüdür:

“Çünki İran da əməldə Rusiya və Fransa kimi Azərbaycanla Ermənistan arasında sülh sazişinə qarşı çıxanlardandır. Üstəlik, biz İran diplomatiyasının bəzi özəlliklərini də bilirik. Məsələn, bilirik ki, İran rəsmilərinin tərifli sözlərinin arxasında gizlənən bəd niyyət bəzən hədələrindəkindən betər olur. Bu baxımdan Ermənistandan olan əzizi Mirzoyanla görüşdən sonra İranın xarici işlər naziri Abdullahianın Azərbaycan haqqında müsbət fikirlər bildirməsinə də ehtiyatla yanaşmaq lazımdır. Düşünürəm ki, Mirzoyanın Tehrana səfəri ilk növbədə onunla bağlı idi ki, Moskvada Zəngəzur dəhlizinin açılması yönündə həlledici addım atıla bilər. Belə bir addım atılmamışdan öncə Ermənistan öz xarici işlər nazirini Tehrana göndərməklə İrana jest edir və həmin ölkənin bu məsələdə mövqeyinin özü üçün böyük önəm daşıdığını diqqətə çatdırır.

Brüssel danışıqları da göstərdi ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Düzdür, belə görünür ki, o, Moskva istəyən şərtlər çərçivəsində reallaşmayacaq, amma dəhlizin işləməsi bəlli səbəblərdən hazırda Rusiyanın da maraqlarına cavab verir. Son vaxtlar biz hətta Moskvanın ilk gündən bu yola qarşı çıxan Tehrana mövqeyini dəyişməsi üçün təsir göstərməyə çalışdığını da seyr edirdik”.

Tehranın Bakı ilə barışıq oyunu: ekspertdən maraqlı şərh

Deputat ehtimal edir ki, bununla bağlı Tehranın mövqeyi dəyişib:

“Əgər dəyişməsəydi, Moskva görüşü öncəsi İranın xarici işlər naziri cənab İlham Əliyevə istinad edərək Azərbaycanın onun ölkəsinin Ermənistanla sərhədini aradan qaldırmaq fikrində olmadığını dilə gətirməzdi. Azərbaycanın heç vaxt belə bir fikri olmayıb və Tehrandakılar bunu hər kəsdən daha yaxşı bilirlər. Sadəcə, bu açıqlama ilə göstərirlər ki, Azərbaycan İranla Ermənistan arasında əlaqənin qorunub-saxlanacağına təminat verdiyi üçün Zəngəzur dəhlizinə yanaşmaları dəyişib.

Beləliklə, Moskva görüşü heç də regionda tezliklə sülhün yaranması məqsədilə keçirilmir. Həm də regionda qarşıdurmanın qalmasında maraqlı olan Rusiya, İran və Fransa kimi dövlətlərin üzərində təsirlərinin güclülüyü səbəbindən Ermənistan özü də buna hazır deyil. Sadəcə, bu görüşdə məqsəd Rusiyanın bizim regionda həlledici rol oynamaqda davam etdiyini, burada sülhə töhfə verdiyini sərgiləməkdir ki, fakt olaraq məhz kommunikasiyaların açılmasında tam razılığın əldə edildiyi göstərilə bilər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR