İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirbaba Babayev Hikmət Hacızadənin cavabına cavab verdi

3091 12.02.2015 15:10 Gündəm A A
Bir neçə gün əvvəl Mirbaba Babayev Qubad İbadoğlunun Müsavat Partiyasından xaric edilməsininin partiya nizamnaməsinə uyğun olub-olmadığını arqumentləşdirməyə çalışmışdı. 

Bunun qarşılığında keçmiş müsavatçı Hikmət Hacızadə Mirbaba Babayevin yazısına əksarqumentlərlə cavab vermişdi. Və bununla da Qubad İbadoğlunun Müsavatdan xaric edilməsi ətrafında polemika başlamış oldu.

Maraqlıdır ki, artıq Mirbaba Babayev də Hikmət Hacızadənin ona yazdığı cavaba öz yeni cavabını hazırlayaraq, yayıb.

Mirbaba Babayevin Hikmət Hacızadəyə cavabını olduğu kimi diqqətinizə çatdırırıq:

"Əzizim Hikmət bəy, legitimlik məsələsi ilə qurtarmaq üçün əvvəlcə Sizin dördüncü iradınıza cavab verirəm.

Dördüncü irad: “Yazırsız ki, “Qubad bəy və tərəfdarları yeri gəldi, gəlmədi partiya başqanının (eləcə də Məclisin, Divanın və MNTK-nın) legitim olmadığını bəyan edir”. Bəs maraqlanmısınızmı qarşı tərəf konkret nəyi əsas gətirir?

Qarşı tərəf burda deyir ki, Qurultayin ikinci günü olmadığına gərə yeni Məclis seçılə bilmədi! Və növbəti gün yeni Məclisi köhnə Məclis seçıb, və bu səlahiyyətləri köhnə Məclisə qurultay verməyib. Beləliklə bu buraxılmış qurum (köhnə Məclis) həm yeni Məclis həm də partiyanın başqa rəhbər qurumlarını seçıb. Məhz buna görə onlar qeyri leqitimdir deyirlər.”

Cavab: Hikmət bəy, bu məsələdə Siz Qubad bəyin demədiyi fikirləri yazırsınız (Sizi yaxşı tanıdığım üçün, bunu qəsdən etmədiyinizə əminəm, ancaq mətbuatda gedib deyə cavab verməyə məcburam). Qubad bəy heç vaxt deməyib ki, “ yeni Məclis seçılə bilmədi! Və növbəti gün yeni Məclisi köhnə Məclis seçıb, və bu səlahiyyətləri köhnə Məclisə qurultay verməyib. 

Beləliklə bu buraxılmış qurum (köhnə Məclis) həm yeni Məclis həm də partiyanın başqa rəhbər qurumlarını seçıb”. 

Bunu demək allahsızlıq olardı. Siz özünüz də bilirsiniz ki, Qurultayda köhnə Məclis səlahiyyətini bitirir və ondan danışmağa dəyməz. Onu da bilirsiniz ki, Qurultay günü (Birinci gün!) bütün orqanlara (Başqan, Məclis və MNTK-ya) səsvermə keçirildi. Başqan seçkilərinin nəticələri Qurultay gedə-gedə, İnternetdə hamının gözü qabağında sayılıb müəyyənləşdirildi və Qurultayda təsdiq olundu. MNTK-ya və Məclisə səsvermənin nəticələrini müəyyənləşdirmək üçün Qurultay günü və onun sabahı günü gecə yarısına qədər Komissiya işləməli oldu. Qurultay günü Məclisin rayon təşkilatlarının sədrlərinin Məclis üzvü səlahiyyətləri təsdiq olundu. Qaldı Qurultayda seçilmiş Məclis və MNTK üzvlərinin səlahiyyətinin təsdiqi. 

Qubad bəy və tərəfdarlarının iradı budur: Qurultayın ikinci günü yetərsay olmadığına görə və Qurultay Məclisin və MNTK-nın seçilmiş üzvlərinin səlahiyyətlərinin təsdiqini Yeni Məclisə vermədiyinə görə Məclis və MNTK səlahiyyətsizdir. 

Yeni Məclis niyə səlahiyyətsiz oldu? Siz bilirsiniz ki, Məclisin üzvlərinin mütləq əksəriyyətini rayon təşkilatlarının sədrləri təşkil edir və onların səlahiyyətləri barədə söhbət gedə bilməz (Qurultayda da təsdiq olunub). Qaldı Qurultayda seçilən Məclis üzvlərinə, seçkinin nəticələri Komissiyada diqqətlə hesablandı, lazımi səsi toplayan Məclis və MNTK üzvləri müəyyənləşdi. Qaldı təsdiqi məsələsi. 

Qubad bəyin tərəfdarları deyir ki, bu səlahiyyətlərin təsdiqi Yeni Məclisə (xatırladıram ki, rayon təşkilatlarının sədrlərindən ibarət Yeni Məclis artıq vardı) verilməyib, Arif bəyin tərəfdarları deyir ki, Qurultayda (birinci gün) bu səlahiyyət Yeni Məclisə verilib və Qurultayın protokolunda da yazılıb. Mübahisə yalnız bunun üstündədir. 

Bilirsiniz ki, bu prosedur formal xarakter daşıyır, seçki komissiyasının işinə etimad yoxlanılır: “Kim seçkilərin nəticələrinin təsdiq edilməsinə tərəfdardır? Əksəriyyət. Kim əleyhinədir? Yoxdur. Kim bitərəfdir? 5 nəfər (məsələn). Seçkilərin nəticələri təsdiq olundu” . 

Vəssalam. Komissiya üzvlərinin yarısı Qubad bəyin tərəfdarları idi və əslinə qalsa, üzvlərin kimin tərəfdarı olması heç bir rol oynamırdı (Komissiya üzvlərinin necə tərəfsiz işlədiklərini görsəydiniz!), səsvermənin nəticələrinin hesablanmasında heç bir saxtakarlıqdan söhbət belə gedə bilməzdi və heç kim bu iddiada deyil. Yəni, mübahisə formal bir prosedur haqqında gedir.

Tutaq ki, Qubad bəy haqlıdır: VIII Qurultay səsvermənin nəticələrinin təsdiqini Yeni Məclisə verməyib, yəni bunu səsə qoymaq yaddan çıxıb. Axı Vurğun bəy və Qubad bəyin də iştirak etdiyi Qurultaya Hazırlıq üzrə təşkilat komitəsinin ilcasında da bu səlahiyyətin Məclisə verilməsi razılaşdırılıb (əvvəlcədən məlum idi ki, səsvermənin nəticələrinin hesablanması uzun çəkəcək). Bundan əlavə, əvvəlki Qurultaylarda da bu təsdiq səlahiyyəti Yeni Məclisə verilib (ənənə var!)

Ədalətinə güvəndiyim bir adam kimi ümid edirəm razılaşarsınız ki, Sizin dördüncü iradınızda ciddi əsas yoxdur, məlumatınız səhv olub".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR