İnsanlara hürriyət, millətlərə istiqlal!

Minimum istehlak səbətindənələr dəyişməlidir?

628 28.06.2019 08:10 Ölkə A A

İqtisadçı-alim: “Hər il istehlak menyusunda müxtəlif qruplar üzrə dəyişikliklər baş verir”

Xəbər veridyimiz kimi, Azərbaycanda minimum istehlak səbətinin tərkibinə yenidən baxılması məsələsi gündəmə gəlib. Bir çox mütəxəssislər dünya təcrübəsinə əsaslanmaqla səbətin tərkibinə daxil edilən məhsul və xidmətlərin həm çeşidinə, həm də adambaşına normalarına yenidən baxılmasını zəruri hesab edirlər.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, minimum istehlak səbətinin tərkibini təsdiqləmək hüquqi Nazirlər Kabinetinin səlahiyyətindədir: “Nazirlər Kabineti ilk dəfə 2005-ci ildə minimum istehlak səbətinin tərkibinə daxil olan məhsul və xidmətlərin dəyərini və normalarını müəyyən edib. Daha sonra 2009 və 2014-cü illərdə səbətin tərkibinə müəyyən dəyişikliklər edilib. Bildiyiniz kimi, 3 qrup əhali üçün minimum istehlak səbəti müəyyənləşdirilir. Bunlar işləyənlər, pensiyaçı və 0-15 yaşlı uşaqlardır. Hesab edirəm ki, səbətin tərkibinə hər il baxılmalıdır. Çünki hər il istehlak menyusunda, xidmətlərdə, ərzaq və qeyri-ərzaq məhsullarının tərkibində müxtəlif qruplar üzrə dəyişikliklər baş verir”.

Q.İbadoğlunun sözlərinə görə, səbətin tərkibində İnternet xidmətləri  bir ailə üçün gündə 1 saat hesablanıb: “Amma reallıq budur ki, bir ailə gündə bir saatdan dəfələrlə çox müddətdə İnternetdən istifadə edir. Yaxud rabitə xərci kimi aylıq rabitə abunə haqqını ailə üzvlərinin sayına bölərək bir məbləğ müəyyənləşdiriblər. Lakin reallıqda bir ailənin rabitə xərcləri bu məbləğdən yüksəkdir. Bundan başqa, enerji, qaz, su təchizatı üzrə normativlər də çox aşağıdır. Onların artırılması zəruridir. Ərzaq məhsulları olaraq bizdə yalnız əsas məhsullar olan çörək, kartof, tərəvəz, meyvə, ət, süd, balıq, yumurta, şəkər və yağlar daxil edilib səbətə. Halbuki bugünkü istehlak menyusundakı ərzaq çeşidlərinin sayı dəfələrlə çoxdur. Buna görə də minimum səbətə daxil edilən ərzaq məhsullarının çeşidinin və həm də adambaşına normalarının artırılmasına ehtiyac var”.

İqtisadçı-alim hesab edir ki, minimum istehlak səbətinin dəyəri yalnız ümumi Azərbaycan üzrə deyil, həm də regionlar üzrə hesablanaraq açıqlanmalıdır: “Bu gün regionlarda ailələrin rabitə, internet xərcləri Bakıya nisbətən az, ərzaq xərcləri isə çoxdur. Hər region üzrə istehlak səbətinin dəyəri hesablanmalıdır”.

Q.İbadoğlunun sözlərinə görə, minimum istehlak səbətinin tərkibi müəyyənləşdirilərkən müasir xidmətlər də ora daxil olunmalıdır: “Uşaqların oyun xərcləri, yaxud təhsil alanların kitab xərcləri kimi xərclər də hesablanmalıdır”.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR